Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

MDB parlamentlərarası müşahidə şurasının üzvləri Gəncədə

17 oktyabr 2015 | 15:00

MDB parlamentlərarası müşahidə  şurasının üzvləri Gəncədə

Müstəqil Dövlətlər Birliyi parlamentlərarası müşahidə şurasının bir qrup üzvü noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyəti ilə tanış olmaq və seçki prosesini izləmək üçün Gəncəyə gəlib.
Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə seçkilərə hazırlıqla bağlı görülən işlər barədə müşahidə şurasının üzvlərinə ətraflı məlumat verib.
Sonra MDB Beynəlxalq Manitorinq və Demokratiyanın İnkişafı İnstitutunun direktoru Andrey Baranov, MDB müşahidə şurasının ekspertləri Dmitri Qladey və Stanislav Tkatenko çıxış edərək diqqətə çatdırıblar ki, qrup Milli Məclisin dəvəti ilə Azərbaycana gəlib və məqsəd noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyətini öyrənmək və seçkilərin keçirilməsini müşahidə etməkdir. Seçkilərlə bağlı ilk müşahidələri Gəncədən başlayan qrup üzvləri burada dairə seçki komissiyalarında, həmçinin seçki məntəqələrində olacaqlarını diqqətə çatdırıbar.
MDB müşahidə şurasının üzvləri onu da bildiriblər ki, hər bir deputat yerinə 7-8 namizədin olması olduqca müsbət haldır və bu, seçkilərin demokratik şəraitdə keçməsi üçün böyük imkanlar yaradacaq.
Sonda MDB müşahidə şurasının üzvləri Azərbaycanda parlament seçkilərinin demokratik, şəffaf keçəcəyinə əminlik ifadə edərək vurğulayıblar ki, bunun da nəticəsi müşahidə şurasının yekun arayışında müsbət dəyərləndiriləcək və bu təcrübə MDB ölkələri arasında nümunə kimi yayılacaqdır.
Görüş başa çatdıqdan sonra MDB müşahidə şurasının üzvləri seçkilərə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün dairə komissiyalarına gediblər
.

Keçidlər