Gəncədə Səməd Bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş kütləvi hərbi vətənpərvərlik mərasimi keçirilib
Gəncədə Səməd Bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş kütləvi hərbi vətənpərvərlik mərasimi keçirilib
Gəncə şəhəri Olimpiya İdman Kompleksində general Səməd Bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunan kütləvi hərbi vətənpərvərlik mərasimi keçirilib. Generalın anadan olmasının 160 illik yubileyinə həsr edilən tədbir Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən təşkil olunub.
Tədbir Mədəniyyət və Turizm, Müdafiə nazirlikləri, eləcə də Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. General Səməd Bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş kütləvi hərbi vətənpərvərlik mərasimində 3000 nəfərə yaxın insan iştirak edib.
Teatrlaşdırılmış kütləvi tədbirdə aktyorlar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinskininin obrazlarını canlandırıblar. Səhnədə Gəncə Dövlət Dram Teatrının aktyorları, Silahlı Qüvvələrin özfəaliyyət kollektivləri, mahnı və rəqs ansambıllarının üzvləri, mədəniyyət və incəsənət ustalarından ibarət kollektivlər iştirak ediblər.
Mərasimdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev mərasim iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Cəmşid Naxçıvanski, Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskininin yubileyləri keçirilir.
Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov çıxışında vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən respublikada Cəmşid Naxçıvanski, Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun yubiley tədbirləri keçirilir. Rövşən Əkbərov şəhidlərimiz haqda söz açarkən vurğulayıb ki, Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəzinə ucalan hər bir şəxs xalqımızın fəxrimizdir. General-leytenant bildirib ki, Azərbaycanın güclü ordusu və hərbi təxnikası var. Azərbaycan vətəndaşı olaraq hər birimiz Qarabağı xilas etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik deyə Rövşən Əkbərov çıxışını yekunlaşdırıb.
Başdan ayağa kinolaşdırılıb və vizual şəkildə təqdim olunan tədbirdə düşmən helikopterini məhv edən əsgər İlkin Muradov da iştirak edib. Yubiley mərasimində Cəmşid Naxçıvanski, Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskininin həyatın obrazları canlandırılıb. Səhnələşdirilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.