Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Türkiyənin Gəncədəki Konsulluğunda Cümhuriyyətin 92-ci ildönümü qeyd olunub

30 oktyabr 2015 | 16:00

Türkiyənin Gəncədəki Konsulluğunda Cümhuriyyətin 92-ci ildönümü qeyd olunub
Gəncə şəhər icra Hakimiyyətinin başcısı , Gəncədə çalışan türkiyəli iş adamlarının, ziyalılar və KİV nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində iki ölkənin dövlət himnləri səsləndirilib. Qardaş ölkənin 1923-cü ildən başlayan Cümhuriyyət tarixinə qısa nəzər salınıb.
Türkiyə Cümhuriyyətinin elan olunmasında və bütövlükdə ölkənin tarixi inkişafında böyük rol oynayan Mustafa Kamal Atatürkün xatirəsi anılıb. Bildirilib ki, bu tarixi günün Azərbaycanın ikinci böyük şəhərində qeyd olunması isə xüsusi önəm daşıyır. Çünki ötən əsrin əvvəllərində Azərbaycanla  Türkiyənin tarixi bir-biri ilə əlaqəli olub.  Cərəyan edən hadisələrin mərkəzində dayanan Gəncə isə bu tarixin yazılmasında xüsusi rol oynayıb.
Türkiyənin Gəncədəki Baş Konsulu Orhan İşık bildirib ki, Türkiyə Cümhuriyyətinin  92-ci ildönümünü qeyd etməklə yanaşı, ondan 5 il əvvəl Gəncədə elan olunan Azərbaycan Xalq Cümhuriyətini də anırıq. Şəhidlərimizi xatırlayırıq. Bizə müstəqillik qazandıranların ruhları şad olsun. Və mən bu gün çox gözəl təbriklər aldım. Bu ürəkdən gələn sözlər bizim necə qaynaşdığımızı, həm sevincdə, həm də kədərdə birlikdə olduğumuzu göstərir.

Keçidlər