Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Milli Məclisə keçiriləcək seçkiləri müşahidə edəcək Avstraliya nümayəndə heyətinin üzvləri Gəncədədir

30 oktyabr 2015 | 16:00

Milli Məclisə keçiriləcək seçkiləri müşahidə edəcək Avstraliya nümayəndə heyətinin üzvləri Gəncədədir

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyəti oktyabrın 30-da Gəncəyə gəlib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev nümayəndə heyətinin üzvlərini qəbul edərək, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında, onun tarixi şəxsiyyətləri, sosial-iqtisadi vəziyyəti, elm və təhsil müəssisələri, həmçinin turizm imkanları haqqında ətraflı məlumat verib.
Nümayəndə heyətinin rəhbəri Like Simpkins Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdən məmnunluğunu ifadə edib və Avstraliya-Azərbaycan əlaqələrinin genişləndirilməsində bölgələrlə tanışlığın əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Avstraliya inkişaf etmiş kənd təsərrüfatı ölkəsidir və bu sahədə Gəncə ilə əlaqələr qurulması müsbət nəticələr verə bilər. Bakıda olarkən Azərbaycanın inkişafına heyranlığını bildirən qonaq, belə inkişafı Gəncədə də görməsindən məmnun olduğunu vurğulayıb. Dağlıq Qarabağ müharibəsi nəticəsində bir milyon azərbaycanlının qaçqın düşməsi barədə geniş məlumata malik olduğunu söyləyən Like Simpkins, Gəncədə olduqları müddətdə burada məskunlaşan qaçqın və məcburi köçkünlərlə görüşmək istəyini də diqqətə çatdırıb.
Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Xanlar Fətiyev çıxış edərək son illər bu ölkə ilə əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Görüşdə xatirə hədiyyələri təqdim olunduqdan sonra qonaqlar şəhərlə tanışlığa başlayıblar.

Keçidlər