8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş yığıncaq keçirildi
Gəncə şəhər İcra Hakimiyyətinin böyük iclas zalında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş təntənəli yığıncaq keçirilmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qadınların Gəncənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında böyük rol oynadığını diqqətə çatdıraraq bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrildiyini bildirmişdir. İcra Başçısı qeyd etmişdir ki, Azərbaycan qadınının ictimai mövqeyi həmişə yüksək olmuşdur.
Yığıncaqda çıxış edənlər qadınları bayram münasibətilə təbrik etmiş, ən xoş arzularını çatdırmışlar.
Sonda şəhərin ictimai-mədəni həyatında fərqlənən qadınlara gül dəstəsi və hədiyyələr təqdim olundu.
Tədbir Gəncə Dövlət Dram Teatrında böyük bayram konserti ilə başa çatdı.