Dövlətə qarşı çıxanlar, qan tökənlər mütləq cəzalarını alacaqlar
02 dekabr 2015 | 16:00
Dövlətə qarşı çıxanlar, qan tökənlər
mütləq cəzalarını alacaqlar
Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində bir qrup dindarın Respublikamızda ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi ixtişaşlar və terror aktları törətmək, bütovlükdə konstitusiya quruluşunu dəyisdirməyə yönəldilmiş hərəkətləri Gəncədə də etirazla qarşılanıb.
Bununla əlaqədar Gəncə şəhər ictimaiyyətinin toplantısı keçirilib. Toplantını giriş sozü ilə açan Gəncə Səhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev diqqətə çatdırıb ki, bu hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını açaraq bir daha xalqa nümayiş etdirdi.
Heç bir rəsmi statusu olmayan “Müsəlman Birliyi Hərəkatı”nda təmsil edilən bir qrupun ölkə dindarları adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı çatır.
Əgər sovet dönəmində Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mini keçmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə və birbaşa nəzarəti altında dini abidələr, ibadət evləri yenidən qurularaq istifadəyə verilmişdir. Prezident İlham Əliyevin öz ailəsi ilə birlikdə Kəbə evinə dəfələrlə getməsi, Ümrə ziyarətində olması dövlət başçısının İslam dininə verdiyi böyük önəmin bariz nümunəsidir.
Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Azərbaycanda müqəddəs dinimiz xalqımızı sıx birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə, yüksəlməsinə çalışır. Bu cür sağlam dövlət-din münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Dövlət-din münasibətlərində Heydər Əliyevin yolu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyevin dini bayramlar münasibətilə xalqımızı təbrik etməsi, dini mərasimlərdə iştirakı, məscidlərin bərpa olunmasına vəsait ayrılması dövlətimizin mənəvi dəyərlərimizin saflığının qorunmasına qayğısının təcəssümüdür.
Elmar Vəliyev bildirib ki, Gəncədə baş verən təxribat hələ bir müddət əvvəl başlamışdı. Oktyabrın 23-də şəhərdəki Cümə məscidinə toplaşan bir qrup dindar asayişi pazaraq, dini ayin keçirmək adı altında ekstremist hərəkətlər etmiş, nəticədə hüquq-mühafizə orqanları tərəfindən 82 nəfər həbs olunmuşdur. Dindirilmə zamanı məlum olmuşdur ki, həbs olunanların çoxu digər bölgələrdəndir.
Sonra şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov, Şəhər Ağsaqqallar Şurasının sədri Xalid Orucov, ADAU-nun tələbəsi Günay İbrahimova, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, orta məktəb müəllimi Yeganə Məmmədova, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Abbasov, əhalinin sosial müdafiəsi mərkəzinin müdiri Nizami Əhmədov, AMEA-nın Gəncə bolməsinin akademik katibi Fuad Əliyev və başqaları çıxış edərək ökəmizdə milli-mənəvi dəyərlərə gostərilən dövlət qayğısından danışıblar.
Tədbirin sonunda Gəncə dindarlarının bəyanatı səsləndirilib.
Bəyanatda deyilir:
26.11.2015-ci tarixdə baş vermiş Nardaran hadisəsi ilə
bağlı Gəncə dindarlarının
Bəyanatı
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə zərbə vurmaq, hüquqi-demokratik dövlətin əsaslarını sarsıtmaq məqsədilə Nardaran qəsəbəsində bir qrup təxribatçı tərəfindən törədilmiş hadisə qətiyyətlə pisləyərək bəyanat edirik:
Son günlərdə bəzi təxribatçı qüvvələr tərəfindən Nardaranda baş verən hadisəni dinlə bağlamaq cəhdini birmənalı olaraq rədd edirik! Bunu xaricdən və daxildən siyasi məqsədlərə yönəldirilən, cəmiyyətdə nifaq salmaq, zorla hakimiyyəti dəyişdirmək cəhdi kimi qiymətləndiririk!
Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycanda dini etiqad azdlıq təmin olunub.
Ölkəmizdə din adı altında öz mənfur niyyətlərinə, çirkin əməllərinə haqq-bəraət qazandırmaq və din pərdəsi adı altında öz məqsədlərinə çatmaq istəyənlər var. Lakin biz Gəncə dindarları dövlətimizin qüdrətinə, toxunulmazlığına, əmin əllərdə olmasına tam inanırıq və bilirik ki, qanun və dövlət keşikçiləri Azərbaycanda qanun pozuntularının qarşısı qətiyyətlə alırlar.
Oktyabr ayının 23 və 24-dü Tasua və Aşura günlərində Gəncə şəhər Şah Abbas Cümə məcidinin həyətində polisin qanunlarına məhəl qoymayan, qışqıraraq yürüş etməyə cəhd göstərən bir qrup dindarlar, həmçinin həmin gün Heydər Əliyev meydanına yürüş edən, müxtəlif bölgələrdən olan qondarma “ Müsəlman Hərəkatı Birliyinin” üzvləri , Hacı Taleyin təşkilatçılığı ilə qeyri-namaz vaxtı dövlət əleyhinə şüarlar səsləndirərək, pozuculuq fəaliyyəti ilə məşğul olmuşlar. Bu hərəkətlər asayiş keşikçiləri tərəfindən qətiyyətlə alınmış, nəticədə 82 nəfər saxlanılmışdır. Bir müddət sonra həmin dindarlar dövlətin dinə olan diqqət və qayğısının açıq təzahürü kimi sərbəst buraxılmışlar.
Lakin bundan istifadə edən edən dindarlar, Hacı Taleyin tapşırığı ilə müxtəlif növ silahlarla silahlanmış, dövlətə qarşı çıxmağa cəhd göstərmişlər. Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının qətiyyətli və qabaqlayıcı tədbirləri nəticəsində onların qarşısı qətiyyətlə alınmışdır.
Biz dindarlar dövlətin bu addımlarını dəstəkləyir, həmin şəxslərin dinimizə və dövlətimizə xələl gətirdiyini bəyan edirik.
“Cinayət əməllərnə yol verənlərə qarşı hüquq-mühafizə orqanlarının atdığı bütün qanuni addımları ictimayyət də dəstəkləyir, Azərbacanda xalq sabitliyin nə dərəcədə əhəmiyyətli olduğunu bilir. Ona görə də ictimai-siyasi sabitliyə qarşı yönələn belə hərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır”.
Dindarlarımız özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran kiçik bir qondarma qrupun ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi-demokratik əsaslarınna qarşı yönəlmiş pozuculuq fəaliyyətinin pisləyir. Bu saxtakarların din pərdəsi altında həyata keçirmək cəhdlərini qətiyyətlə qinayır.
Bildiririk ki, heç bir rəsmi status olmayan “Müsəlman Birliyi Hərəkatı”nda təmsil edilən bir qrupun ölkə dindarları adından danışmağa nə hüquqları, nə də mənəvi haqqları çatır.
Baş verən hadisələri əsl mahiyyətindən uzaqlaşdıraraq İslam dininə qarşı yönəldiyini iddia etmək, bu prosesləri məzhəbçilik müstəvisinə keçirmək, ölkəmizi milli və ictimai təhlükəsizliyini təhdid etmək cəhdləri Vətənimizə düşmən dairələrin mərkli niyyətlərini bariz şəkildə göstərir. Hesab edirik ki, regionun indiki, həssas dönəmində bütün dindarlar çox ayıq olmalı, daxildən və xaricdən edilən təxribatlara uymamalıdırlar.