Gəncədə 50.000 ağacəkmə kampaniyası davam edir
Gəncədə 50.000 ağacəkmə kampaniyası davam edir
Kütləvi şəkildə davam edən aksiyada şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak edirlər. Kampaniya çərçivəsində əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan şam ağacları əkilir.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aksiya çərçivəsində bu gün 24.000-ci ağacı əkib. İcra başçısı bildirib ki, 450 hektar ərazisi olan Heydər Əliyev Park Kompleksində həyata keçirilən aksiyanın ilin sonuna kimi başa çatdırılması və 50 min ağacın əkilməsi nəzərdə tutulub. İcra başçısı bildirib ki, ağacların əkilməsi ilə parkın ərazisi də genişləndirilir.
Elmar Vəliyev qeyd edib ki, 2016-cı ildə Gəncə şəhərinin girişində Nizami Məqbərəsi yaxınlığında 300 hektar ərazidə 100 min ağac əkilərək meşə massivinin salınması planlaşdırılıb. Sözügedən ərazidən hərbi hissə köçürüldükdən sonra şəhər icra hakimiyyətinin balansına verilib. Yaxın zamanlarda həmin ərazidə “ANAMA” təmizləmə işləri həyata keçirəcək. Daha sonra meşə massivinin salınmasına başlanılacaq. Bütün bu proseslər 2016-ci ilin sonuna kimi başa çatdırılacaq. 100 min agacın əkilməsi Gəncə gənclərinin döğma şəhərlrinə tövhəsi olacaq.