Gəncədə yeni körpələr evi-uşaq bağçasının açılışı olub
Gəncədə yeni körpələr evi-uşaq bağçasının açılışı olub
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimayyətinin nümayəndələri 36 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər. Çıxışını Ulu Öndər Heydər Əliyevin “Gələcək elimli və bilikli insanlarin ciyinləri üzərində qurulacaq” fəlsəfi fikiri ilə başlayan Elmar Vəliyev bildirib ki, şəhərdə aparılan abadlıq və quruculuq işləri çərçivəsində məktəbəqədər uşaq tərbiyə müəssisələri də yenidən qurulur. Hazırda şəhərin 8 bağçasında əaslı şəkildə yenidən qurma işləri həyata keçirilir.
36 nömrəli körpələr evi-uşaq bağçasında təlim və tərbiyə olunan uşaqların valideyinləri tərbiyə müəssisəsinin açılışına görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
36 nömrəli körpələr evi-uşaq bağçasının müdirəsi Gülşən Məmmədova çıxışında bildirib ki, 120 yerlik körpələr evi-uşaq bağçasının təmirinə 2014-cü il iyul ayında başlanılıb.Burada beş qrupfəaliyyət göstərir. Qruplarda müxtəlif yaşlı uşaqlar tərbiyə olunur. Bağça 2 korpusdan ibarətdir. Birinci korpus 2 mərtəbəli. Digər korpus isə 1 mərtəbəlidir. Binanın 1-ci mərtəbəsində dəhliz, hər biri 2 olmaqla qrup, yataq, soyunub-geyinmə otağı, sanitar qovşağı, oyun zalı və digər yardımçı otaqlardan ibarətdir.
2-ci mərtəbədə isə hər biri 2 olmaqla – qrup, yataq, soyunub-geyinmə otaqları, sanitar qovşağı, oyun və yataq otaqları yerləşir. Digər korpusda müdir otağı, metodik kabinet, tibb bacısının otağı, mətbəx, camaşırxana, musiqi zalı və hər biri 2 olmaqla – qrup, yataq, soyunub geyinmə otağı, sanitar qovşağı, oyun zalı yerləşir.Yenidənqurma işləri zamanı bağçanın ərazisi hasarlanıb, 2 ədəd su hovuzu tikilib. Binanın ətrafında yaşıllıq zolağı salınıb, 6 ədəd yay çardağı qurulub.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar. Müasir inventarlarla təchiz edilmiş körpələr evi-uşaq bağçası iştirakçılarda xoş təəssürat yaradıb. Bağça ilə tanışlıqdan sonra uşaqların rəqs nömrələrinə tamaşa olunub.