Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasının II pediatriya şöbəsi əsaslı təmirdən sonra istifadəyə verilib

24 dekabr 2015 | 16:00

Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasının II pediatriya şöbəsi əsaslı təmirdən sonra istifadəyə verilib
2 saylı Birləşmiş Uşaq xəstəxanasının II pediatriya şöbəsinin əsaslı təmir işlərindən sonra açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov, şəhər ictimayyətinin nümayəndələri iştirak ediblər. Əlikram Məmmədov tədbir iştirakçılarını salamlayaraq səhiyyə işçiləri adından Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. İlham Əliyevin respublika səhiyyəsinə olan diqqət və qayğısından söz açıb.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, insanların firavan həyatının təmin olunması sahəsində Prezident İlham Əliyevin xidmətlərini diqqətə çatdırıb. Elmar Vəliyev bildirib ki, Abbas Səhhət adına xəstəxana, İnfeksiyanal xəstəliklər xəstəxanası, Doğum evi və Perenatal mərkəz yaxın günlərdə insanların istifadəsinə veriləcək.
2 saylı Birləşmiş Uşaq xəstəxanasının Baş həkimi Hafiz Abdulaev çıxışında aparılan təmir işləri üçün minnətdarlığını bildirib. Hafiz Abdulayev qeyd edib ki, xəstəxanasının II pediatriya şöbəsində 3 həkim, 11 tibb bacısı və 4 sanitarka xidmət göstərir.
Əsaslı təmir işlərinə ciddi ehtiyacı olduğuna və sanitar-gigiyenik qaydalarının tələblərinə cavab vermədiyinə görə Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq xəstəxanasının 25 çarpayılıq II pediatriya şöbəsinin fəaliyyəti 11 ildən artıqdır ki, dayandırılmışdır. Bu üç yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan stasionar şöbədir.
Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən yerli büdcə hesabına həmin şöbədə təmir işləri 2016-cı ildə planlaşdırılaraq həyata keçirilib. Təmir işləri “Əsaslı-Tikinti-Təmir və Rekonstruksiya 2013”  MMC tərəfindən icra olunub.

Şöbədə müasir tələblərə cavab verən 25 çarpayılıq 8 palata, 3 həkim otağı, baş tibb bacısının otağı, təsərrüfat bacısının otağı, sanitar qovşağı, sarğı otağı, fizioterapiya, masaj, idman otaqları, konfrans zalı yerləşir.

 

Keçidlər