Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” in gəlişi coşqu ilə qeyd edilib

30 dekabr 2015 | 16:00

Gəncə şəhərində 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” in gəlişi coşqu ilə qeyd edilib

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə inzibati binanın yaxınlığında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibət ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib. Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən 30-35 faiz ucuz qiymətə ərzaq, un məmulatları, kənd təsərrüfatı məhsulları təqdim ediblər. Həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya meyvə- tərəvəz məhsulları çıxarılıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sərgi-satış yarmarkasının gedişatı ilə tanış olub və vurğulayıb ki, yarmarkanın təşkilində məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.
Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 1000 nəfər Qarabağ əlili və şəhid ailəsinə 25 manatlıq ət, yağ, toyuq və digər ərza məhsullarından ibarət bayram səbəti verilib. Bundan başqa 2000 nəfərdən çox aztəminatlı ailə və şəhərin təmizliyi ilə məşğul olan kommunalın işçiləri də bayram sovatı ilə sevindirilib.
Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Bir günlük aksiyada sakinlərin alıcılıq qabiliyyəti yüksək olub.
Şəhər sakinləri Ülviyyə İbrahimova, Həşim Bağırov, Ülkər Hacıyeva və başqaları yarmarkanın təşkilindən, həmçinin qiymətlərin sərfəli olmasından razılıq bildiriblər. Sakinlər belə yarmarkaların təşkilinin davamlı olmasını arzu ediblər.
Daha sonra şəhərin Baş Meydanında ümumşəhər tədbiri keçirilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə bütün həmvətənləri və soydaşları səmimi qəlbdən təbrik edib. Hər bir azərbaycanlıya xoşbəxtlik, firavanlıq və işlərində uğurlar arzulayıb. Elmar Vəliyev bildirib ki, Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında həyata keçirilən ardıcıl islahatlar hazırda bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxarıb. Bu gün ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, "2015-ci il ümumilikdə Gəncə şəhəri üçün uğurlu və yadda qalan il olub. Gəncədə geniş miqyaslı abadlıq və quruculuq işləri aparılıb. Böyük layihələr həyata keçirilib. 2015- ci ildə təməli qoyulan layihələrin icrası 2016-cı ildə başa çatdırılacaq. 2016-cı ildə isə bir sıra yeni layihələrə start veriləcək. “İmamzadə Dini Kompleksi” və “Bulvar Park Kompleksi” 2016-ci ildə əhalinin ixtiyarına veriləcək. Əksər məktəblilərin təmiri 2015-ci ildə başa çatdırılıb, təmiri davam etdirilən məktəblərdə işlər isə 2016-ci ildə yekunlaşacaq. Abbas Səhhət adına xəstəxana ən muasir avadanlıqlarla təchiz edilərək istifadəyə veriləcək. Gəncədə Dövlət və Azərbaycan Texnologiya Universitetlərinin tələbləri üçün yeni kompuslar tikilərək istifadəyə veriləcək. 2016-ci ildə Gəncə Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Gəncədə 50-ə yaxın layihə həyata keçiriləcək. Onlardan 25 beynəlxalq digərləri ilə yerli layihələrdir. Bununla da gələn il 5 mindən çox xarici qonaq gələcək. 2016-cı ildə Şeyx Nizami Gəncəlinin yubleyi keçiriləcək."
Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edən insanları mükafatlandırıb. İcra başçısı tərəfindən ilin fəallarına “Fəxri fərman” və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, 31 dekabrda yeni ilin gəlişi ilə əlaqədar Gəncə şəhərinin Baş Meydanında atəşfəşanlıq olacaq.

Keçidlər