Elmar Vəliyev vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhər İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və şəhər sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi, insanların problemlərinin həlli daim şəhər rəhbərinin nəzarətində saxlanılır.Gəncədə vətəndaşların təklif, müraciət və şikayətlərinə baxılması, onların ehtiyaclarının mümkün şəkildə təmin edilməsi məqsədilə 08.01.2016-cı il tarixində keçirilən qəbulda şəhərin idarə və müəssisə rəhbərləri, 100 nəfərdən çox şəhər sakini iştirak edib.
Qəbulda vətəndaşlar tərəfindən sosial və kommunal məsələlərdən başqa iş yerləri ilə təminat, maddi yardım, müalicə xərclərinin qarşılanması və mülkü məsələlərdə sənədləşmələrin aparılması yönündə də müraciətlər səsləndirilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb. İcra başçısının qəbuluna işlə bağlı gələnlərdən 42 nəfəri müxtəlif sahələrdə işlə təmin edilib. Araşdırılması vacib olan məsələlərlə bağlı isə şəhər rəhbəri aidiyyatı qurumlara tapşırıqlar verib. Qəbula yalnız problemi olanlar deyil, müraciətləri həll olunan vətəndaşlar da minnətdarlıq üçün gəlmişdilər.
Jurnalistlərin sullarını cavablandıran icra başçısı bildirib ki, vətəndaşların qəbulu işinin təşkili və qaydalarına uyğun olaraq şəhər sakinləri mütəmadi qəbul edilir. Günün birinci yarısında 70 nəfər, günü ikinci yarısında isə 52 nəfər qəbul olunub. Elmar Vəliyev vurğulayıb ki, qaldırılan məsələlər adiyyatı qurumlarla birgə həll edilir.
İcra Başçısı bildirib ki, Gəncədə köhnə avtobuslar müasir standartlara cavab verən avtobuslarla əvəzlənəcək.İlin sonunadək Gəncədə daxili sərnişindaşımada istifadə olunan və istismar müddəti başa çatmış mikroavtobuslar marşrut xətlərindən kənarlaşdırılacaq. Avtobus sürücülərinin isə isimlikdə adları həkk olunanan uniformalara keçməsi planlaşdırılır. Digər məsələlər isə növbəti mərhələdə öz həllini tapacaq.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı həmçinin bildirib ki, şəhərdə kanalizasiya və su layihəsinin ikinci tranşı başlayıb. Bu böyük layihədir və 200 nəfərdən çox işçi tələb olunur. Gəncə şəhər Məşğulluq Mərkəzinə adiyyatı qurumlarla əlaqə saxlanılması və vakant yerlərin elan olunması tapşırılıb.
Qeyd edək ki, layihədə çalışan fəhlələr 400, mütəxəssislər isə 600 manat əmək haqqı alacaq.