Gəncə şəhərində tütün məmulatları və spirtli içkilərin satışı ilə bağlı yeni qərar verilib.
12 yanvar 2016 | 16:00
İcra Hakimiyyətinin tapşırığa müvafiq olaraq bu gündən etibarən iaşə və ticarət obyektlərində tütün məmulatları və spirtli içkilərin satışı nağd və ya nəğdsız (kartla) həyata keçirilə bilər.
Qeyd edək ki, 2016-cı ilin yanvarın 1-dən etibarən “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” qüvvəyə minib. Yeni qaydaya əsasən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nəğd qaydada ödənilməsinə yol verilmir.