Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Elmar Vəliyev və millət vəkilləri 'Gəncə Beynəlxalq Xəstəxanası' ilə tanış olublar

23 yanvar 2016 | 16:00

 

Gəncədə fəaliyyət göstərən 35 tibb müəssisəsinin sırasına daha birisi – "Gəncə Beynəlxalq Xəstəxanası" da qoşuldu. Bu xəstəxananın xidmətə başlaması ilə irəliyə doğru yeni bir addım atılmış oldu. Məqsəd yüksək ixtisaslı mütəxəssislər tərəfindən ən qabaqcıl texnologiyaların tətbiq edilməsi ilə vətəndaşlara səviyyəli xidmət göstərməkdir.

Xəstəxanada Türkiyədən dəvət olunmuş yüksək ixtisaslı professor, həkim heyəti çalışır. Xəstəxanada Avropa və Amerikadan gətirilmiş ən müasir avadanlıqlar xəstəliyin dəqiq müayinəsi və müalicəsində istifadə olunur.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə şəhərindən seçilmiş deputatlar, tibb işçiləri, ictimaiyyət nümayəndələri "Gəncə Beynəlxalq Xəstəxanası" ilə tanış olublar. Xəstəxananın icraçı direktoru Saleh Mercan tibb müəssisəsi haqqında məlumat verərək bildirdi ki, potensialı 120 yataqdan ibarət olan tibb müəssisəsində hazırda xəstələrin rahatlığı və daha peşəkarcasına tibbi xidmət görmələri üçün 63 yataqdan ibarət 26 tək yataqlı palata, 9 özəl palata, 2 VİP palata, o cümlədən reanimasiya-intensiv terapiya, əməliyyat sonrası müşahidə, neonatologiya və s. fəaliyyət göstərir.

Xəstəxanada ənənəvi tibb xidmətləri ilə yanaşı, ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, intervensional radiologiya, sümük iliyi transplantasiyası, plastik cərrahiyyə kimi yüksək texnologiyaların tətbiq olunduğu xidmətlər də göstərilir. Eyni zamanda xəstəxana tam olaraq elektron sistem və “ağıllı bina” (“smart building”) prinsipi üzərində qurulmuşdur.

Bildirək ki, "Gəncə Beynəlxalq Xəstəxanası"nın açılışı bölgədə əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırılması istiqamətində önəmli bir addım olacaqdır. İlk mərhələdə 200-250 tibb və qeyri-tibb personalının çalışdığı xəstəxana davamlı iş yerlərinin açılması istiqamətində də öz missiyasını yerinə yetirir. Xəstəxananın geniş poliklinika və stasionar xidmətlər potensialı hər gün 300-400 xəstəyə xidmət göstərmək imkanındadır.

  

Keçidlər