Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun və onun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir
Qonaqlara Gəncənin tarixi, sosial-iqtisadi imkanları və həyata keçirilməsi planlaşdırılan layihələr barəsində məlumat verilib.
Şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfirlə görüşündə Gəncənin Türkiyə ilə sıx əməkdaşlığının vacibliyini vurğulayıb, Bundan sonra da əlaqələrin genişlənəcəyinə əmin olduğunu bildirib. Səfir isə öz növbəsində Gəncənin gözəl bir şəhər olduğunu və 5 ay içərisində xeyli dəyişdiyini diqqətə çatdırıb. Görüşdə Türkiyə və Azərbaycan arasında, xüsusilə Gəncə şəhərində hansı sahələrdə işbirliyinin mümkünlüyü müzakirə edilib, hər iki ölkənin öz təcrübələrini bir- biri ilə bölüşməsi önə çəkilib.
İsmail Alper- Coşqun Türkiyənin Azərbaycandakı səfiri: “Türkiyəli və azərbaycanlı investorların birlikdə investisiya qoymaları barədə danışdıq. Yaxın vaxtlarda bu hədəflər nail olmaq üçün konkret addımlara atmağı planlaşdırırıq. Gəncə şəhəri həm Azərbaycan tarixi, həm də türk dünyası üçün hamımızın ürəyində olan çox qədim və önəmli şəhərdir”.
Səfir Türkiyənin Gəncədə bütün sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirib. İsmail Alper Coşqun Gəncənin Atatürk prospektində aparılan quruculuq işlərini də yüksək qiymətləndirib.