İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olub
17 fevral 2016 | 16:00
Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olub.
Dövlət başçısı 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu.
Məlumat verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın fasadında Azərbaycanın musiqi korifeylərinin heykəlləri qoyulacaq.