Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə beynəlxalq elmi-praktiki konfrans keçirilib

12 mart 2013 | 16:00

Gəncədə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Regional inkişaf: Strateji hədəflər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, elmi-tədris müəssisələrinin məsul şəxsləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev rayonlarda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, məşğulluğun səviyyəsinin artdığını bildirib.

İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, ölkə regionlarının sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər məqsədli dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektoru daha da inkişaf edib, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artmış, sahibkarlıq fəaliyyəti genişlənib, regionlarda yeni iş yerləri və müəssisələr yaradılıb.

Türkiyənin inkişaf nazirinin müavini Mehmed Ceylan ölkəmizin sosial-iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsində regional inkişafla bağlı məsələlərin əhəmiyyətini vurğulayıb.

Dost ölkənin səfiri İsmayıl Alper Coşqun iki ölkə arasında tarixi köklərə söykənən əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını nəzərə çatdırıb və bu əlaqələrin daha da genişləndiyini bildirib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Azərbaycanın sosial-iqtisadi inkişafında regional sahibkarlığın rolu və ASK-nın fəaliyyəti” mövzusunda çıxış edərək ölkəmizdə sahibkarlığın və aqrar sahənin inkişafı sahəsində mövcud olan dəstək mexanizmlərinin səmərəli olduğunu söyləyib.

Türkiyəli qonaqlar Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra istehsal və emal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Keçidlər