Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhəri sosial iqtisadi inkişafla yanaşı son beş ildə şəhərin həyatı üçün əlamətdar müqavilələrə də imza atıb

22 fevral 2016 | 16:00

Ümumilikdə Gəncə şəhəri 9 şəhərlə qardaşlaşıb.

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin başçılıq etdiyi nümayəndə heyyətinin İtaliyaya işgüzar səfəri zamanı Turin və Gəncə arasında əməkdaşlıq üzrə protokol qəbul olunub. Elmar Vəliyevlə  Turin şəhərinin meri Piero Fassino bu əməkdaşlığın zəruri sahələrini nəzərdən keçiriblər. Tarixi baxımdan bir çox oxşarlıqlara malik iki şəhərin bütün sahələr üzrə əməkdaşlıq üçün yüksək potensialı nəzərə alınaraq memorandum imzalanıb.

Gəncə ilə Tacikistanın Xocənd şəhəri arasında da “Qardaşlaşmış şəhərlər” sazişi imzalanıb. Gəncə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin himayədarlarının təsis yığıcağından sonra Gəncə şəhər İcra Hakimiyyətinin boyük zalında dahi şairin 870 illiyinə həsr edilən elmi konfrans keçirilib. Sonda Gəncə şəhər İcra Hakimiyyəti ilə İsgəndəriyyə, Türkiyə, Gürcüstan və Kəşmir Milli kitabxanaları arasında əməkdaşlıq haqqında niyyət protokolları, Tacikistanın Xocənd şəhəri ilə “Qardaşlaşmış şəhərlər” sazişi imzalanıb.

Ötən müddət ərzində Gəncə şəhəri ilə Türkiyənin Eskişehiri arasında da qardaşlaşmış şəhərlər protokoluna imza atılıb. Bu məqsədlə Gəncəyə səfər edən Eskişehir valisi Kadir Koçdemir və bu ölkənin Gəncədəki Baş konsulu Haluk Ağca ilə şəhər icra hakimiyyətində görüş keçirilib. Görüşdə hər iki şəhərin sosial-iqtisadi və mədəni həyatı ilə bağlı fikir mübadiləsi aparılıb. Əlaqələrin genişləndirilməsinin vacibliyi nəzərə alınaraq Gəncə ilə Eskişehirin qardaşlaşması ilə bağlı protokol imzalanıb.

Çexiyanın Olomuts vilayətinin qanunverici orqanı Rada Azərbaycanın Gəncə şəhəri ilə Olomuts şəhəri arasında əməkdaşlıq haqqında protokolu təsdiqləyib. Bundan başqa Gəncə Dağıstanın Dərbənd, Gürcüstanın Kutaisi, Türkiyənin Qars, Pakistanın Multan, Ukraynanın Volın şəhərləri, Fransanın Burqundiya vilayətinin Yön bölgəsi ilə qardaşlaşıb. Gəncə şəhərinin  Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanası, Gürcüstan Milli Kitabxanası, Belarusun Qomel şəhəri ilə də əməkdaşlıq münasibətləri var.

Gəncə şəhərinin beynəlxalq əlaqələri, xüsusi ilə Gəncənin 2016-cı il üçün “Avropanın Gənclər Paytaxtı” seçilməsindən sonra daha da dinamik inkişaf edib. Belə ki, 2014-cü il ərzində Avropanın, Asiyanın və Latın Amerikasının bir çox şəhərləri Gəncə ilə sıx dostluq, ikitərəfli əlaqələr qurmaq niyyətlərini açıq şəkildə bəyan ediblər. Bunlar Bolqarıstan Respublikasının Varna şəhəri, Macarıstanın Peç şəhəri, İran İslam Respublikasının Təbriz şəhəri, Rusiya Federasiyasının Ulyanovski şəhəri, Argentinanın Mendoza əyalətidir.

2015-ci ildə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin rəhbərliyinin dəvəti ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və rəhbərlik etdiyi nümayəndə heyəti Təbriz şəhərində səfərdə olub.Elmar Vəliyev Təbriz şəhər İcra Hakimiyyətinin başçısı Rəhim Şöhrətifər ilə görüşüb. Təbriz şəhər Bələdiyyə sədri Sadiq Nəcəfi ilə görüş zamanı Gəncə və Təbriz şəhərləri arasında Qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasına dair Protokol imzalanıb.

Bundan başqa ötən dövür ərzində Gəncə şəhər İcra Hakimiyyətinə icra başçısı Elmar Vəliyevin bir sıra beynəlxalq tədbirlərdə iştirak etməsi ilə əlaqədar dəvət məktubları da daxil olub. Məktublara misal olaraq Bolqarıstanın Varna şəhərində, Çex Respublikasının Olomouts vilayətində, Belarusun Qomel şəhərində, Fransanın Strasburq şəhərində, İtaliyanın Turin şəhərində, Rusiyanın Ulyanovski şəhərində, Almaniya Federativ Respublikasının Berlin şəhərində, Qazaxıstanın Aktau şəhərində, Rumınyanın Kluj-Napoka şəhərində, Tacikistanın Xocənd şəhərində, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən yerli və beynəlxalq səviyyəli tədbirləri göstərmək olar.

Gəncə şəhəri ilə Qardaşlaşmış şəhərlərin əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. Çex Respublikasının Olomouts şəhərinin nümayəndələri və Türkiyə Respublikasının Eskişehir valisi Gəncə şəhərində olublar.

Ümumilikdə Gəncə şəhəri 9 şəhərlə qardaşlaşıb. Bunlar Pakistanın Multan şəhəri (1996), Gürcüstanın Kutaisi şəhəri (1996), Türkiyənin Qars (2001) və Eskişehir şəhərləri (2012), Tacikistanın Xocənd şəhəri (2007), Dağıstanın Dərbənd şəhəri (2008), Ukraynanın Volın şəhəri (2009), Çexiyanın Olomouts şəhəri (2012), Belarusun Qomel şəhəridir (2013).

Gəncə şəhərində 2014-cü ildə bir sıra dünya əhəmiyyətli görüşlər, beynəlxalq elmi konfranslar keçirilib və şəhərimiz beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfranslar, Azərbaycan, Türkiyə və Gürcüstanın Xarici İşlər Nazirlərinin Gəncə görüşü, Böyük Britaniya, ABŞ, İsrail, BMT, Avropa Gənclər Forumu nümayəndələrinin Gəncə şəhərinə səfərləri, üçüncü Beynəlxalq Şərab Festivalı və bu kimi digər tədbirlər Gəncə şəhərinin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayıb.

Keçidlər