Gəncənin ümümtəhsil müəssisələrində “Xocalı faciəsi”nə həsr olunan tədbirlər həyata keçiriləcək
Gəncə şəhər Təhsil İdarəsindən verilən məlumata əsasən fevralın 25 və 26-da Gəncənin orta məktəblərində ilk dərs “Xocalı soyqırımı” na həsr ediləcək. Məktəblərdə “Xoca” filmi nümayiş etdiriləcək. Faciənin 24-cü ildönümü ilə bağlı şagirdlər arasında inşa yazı müsabiqəsi və "Xocalı soyqırımı şagirdlərin gözü ilə" adlı sərgi də keçiriləcək. Tədbirlərə fevralın 24-dən start veriləcək.
Təhsil nazirinin hadisənin il dönümü ilə bağlı müvafiq əmri əsas tutularaq Gəncə şəhər Təhsil İdarəsi tərəfindən orta təhsil müəssisələrində soyqırıma həsr olunan geniş tədbirlərlə yanaşı Xocalı fasiəsinin şahidi olan ailələrlə görüş keçiriləcək. Ümumtəhsil məktəblərinin şagirdləri faciədən zərərçəkənləri şəxsən tanımaqla yanaşı, onların bu faciə ilə söhbətlərini dinləyəcəklər.