Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub

18 mart 2016 | 16:00

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şeyx Bahəddin küçəsində Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilir. Kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılması məqsədi ilə təşkil olunub.

 

Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. kənd təsərrüfatı məhsullarını təqdim edirlər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sərgi-satış yarmarkasının gedişatı ilə tanış olub, qiymətlərlə maraqlanıb, sakinlərlə həmsöhbət olub. Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Sakinlərdən Qorxmaz Əliyev, Sevda Quliyeva, Sadiq Rüstəmov və başqaları yarmarkanın təşkilindən, həmçinin qiymətlərin sərfəli olmasından razılıq bildiriblər. Sakinlər belə yarmarkaların təşkilinin davamlı olmasının tərəfdarıdırlar.

Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında təqdim olunan məhsulların qiymət cədvəli:

Un (50 kq)

21 manat

Un (25 kq)

10 manat 50 qəpik

Un (10 kq)

4 manat

Un (5 kq)

2 manat

Mal əti (kq-la)

5 manat

Qoyun əti (kq-la)

6 manat

Yumurta (ədədlə)

10 qəpik

Toyuq (kq-la)

2 manat 80 qəpik

Kartof

42 qəpik

Soğan

50 qəpik

Makaron (5 kq)

3 manat 60 qəpik

Makaron (1 kq)

81 qəpik

Qarabaşaq (NEON 800 q)

Düyü (NEON 800 q)

1 manat

95 qəpik

Kampot

80 qəpik

Göyərti (1 dəstəsi)

15 qəpik

Alma (1 kq)

Mandarin (1 kq)

Apelsin (1 kq)

Üzüm (1 kq)

1 manat 50 qəpik

1 manat 50 qəpik

1 manat 80 qəpik

1 manat 50 qəpik

Pomidor ( 1 kq)

Kələm

 1 manat 40 qəpik

20 qəpik

Pendir (Atena 4 kq)

Xama (Atena 200 q)

16 manat

90 qəpik

Kərə yağı (YeniZellandiya 1 kq)

3 manat 50 qəpik

Qoz (1 kq)

Fındıq (1 kq)

3 manat

4 manat

Sosiska (Ovçular 1 kq)

Servalat (Ovçular 1 kq)

Doktorski (Ovçular 1 kq)

3 manat 20 qəpik

5 manat 40 qəpik

4 manat 40 qəpik

 

Qeyd edək ki, yarmarkada məhsullar alıcılara bazar qiymətlərindən dəfələrlə ucuz qiymətə satılır. Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütəmadi təşkil olunur.

 

 

Keçidlər