Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Türkiyə nümayəndə heyəti Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüb

04 aprel 2016 | 16:00

“Mövlana Mədəni Müdaxilə” proqramı çərçivəsində baş tutan görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev nümayəndə heyətini salamlayıb. Görüşdə Elmar Vəliyev qardaş ölkənin ən qədim şəhərlərindən olan heyət üzvlərinin Gəncəyə səfərindən məmnun olduğunu bildirib.

 

Elmar Vəliyev qonaqların diqqətinə çatdırıb ki, Gəncə şəhəri Türkiyə Respublikasının Eskişehir və İzmir şəhərləri ilə qardaşlaşıb. Sözügedən şəhərlərin valilərinin aprel ayının sonunda Gəncədə “Gəncə -2016 Avropanın Gənclər Paytaxtı” ilə bağlı bayram tədbirlərində iştirakı gözlənilir.

Afyonkarahisar bələdiyyə rəhbəri Burhanəttin Çoban qonaqpərvərliyə görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə təşəkkürünü bildirib. Bildirib ki, Gəncə Dövlət Universiteti, Afyonkarahisar Valiliyi və Afyonkarahisar Bələdiyyəsi Başkanlığının birgə təşkilatçılığı ilə "Mövlanədən barış və sevgi damlaları" adlı layihə çərçivəsində Gəncəyə səfər ediblər. Burhanəttin Çoban vurğulayıb ki, Gəncə Dövlət Universitetini, Türkiyə Baş Konsulluğunu ziyarət ediblər. Onlara göstərilən diqqət və qayğı nəticəsində özlərini vətənlərindəki kimi hiss edirlər.

Afyonkarahisar Vali köməkçisi Ahmet Ali Barış isə bildirib ki, qrup üzvlərinin hamısı ilk dəfədir ki, Azərbaycana - Gəncə şəhərinə səfər edirlər. Vali yardımçısı qədim tarixi, göz oxşayan gözəlliyi və istiqanlı insanları olan şəhəri görməkdən məmnun olduğunu ifadə edib. Ahmet Ali Barış bildirib ki, Gəncə Dövlət Universitetidən 20-yə yaxın tələbə Afyonkarahisar, Konya, Ankara və İstanbulda oldular. İndiyə qədər Türkiyə Respublikasına səfər etməmiş bu tələbələr səfərdən məmnun qayıdıblar. Bu qəbildən olan layihələr bundan sonra da davam etdiriləcək.

Tədbirin sonunda xatirə hədiyyələri təqdim edilib.

Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran bələdiyyə rəhbəri və vali yardımcısı qeyd edib ki, Gəncə şəhərindən olan nümayəndə heyətini yaxın zamanlarda öz şəhərlərində görməyə çox şad olarlar. Həmçinin Gəncənin ali təhsil ocaqları ilə sıx əlaqələrin qurulması, bu sahədə təcrübənin öyrənilməsi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. 

Keçidlər