Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə ticarət və əyləncə mərkəzi açıldı

19 mart 2013 | 16:00

Sürətli inkişafı və genişmiqyaslı quruculuğu ilə özünün ən şərəfli tarixini yaşayan Gəncədə müasir ticarət və əyləncə mərkəzi – «Aura park» açıldı.
Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev gəncəliləri Novruz bayramı münasibətilə təbrik etdi. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində dünya səviyyəli şəhərə çevrilən Gəncədə açılan «Aura park»ın şəhər əhalisinə yüksək səviyyəli xidmət göstərəcəyinə əmin olduğunu bildirdi. İcra Başçısı qeyd etdi ki, əhalinin sosial rifahı yaxşılaşdıqca onlara göstərilən xidmət də nümunəvi olmalıdır. Gəncədə sahibkarlara hər zaman önəmli yardım və dəstək göstərilir. Odur ki, şəhərdə bir-birinin ardınca yeni iş yerləri açılır.
«Aura park»ın rəhbəri Uğur Kutluözən sakinlərin bütün alış-veriş ehtiyaclarını ödəyə biləcək ticarət mərkəzində milli və beynəlxalq markaların satışının təşkil olunduğunu, eyni zamanda əyləncə mərkəzi, restoran və kafelərin xidmət göstərəcəyini bildirdi.
Qeyd edək ki, yeni açılan «Aura park»ın min kvadratmetrlik sahəsində fərqli üstünlüklərə malik 50 mağaza fəaliyyət  göstərəcəkdir. «Aura park»ın beşinci mərtəbəsində əyləncə mərkəzi, altıncı mərtəbəsində isə restoran və kafelər əhaliyə xidmət göstərəcəkdir. Bundan başqa ticarət və əyləncə mərkəzinin avtoparkı var. 135 kvadrvatmetrlik açılıb-bağlanan terras sahəsindən şəhərin gözəl mənzərəsini seyr etmək mümkündür. Mərtəbələr arasında 10 ədəd eskolator, 2 lift gediş-gəlişi asanlaşdıracaqdır.

Keçidlər