Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Elmar Vəliyev Sosialist İnternasionalının baş katibi Luis Ayala ilə görüşüb

02 may 2016 | 16:00

Görüşdən əvvəl Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyan Luis Ayala Gəncədə ilk dəfə olduğunu, şəhərin gözəlliyinin onu heyran etdiyini, çox qonaqpərvər əhalisi olduğunu vurğulayıb.

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Luis Ayalanı Nizami yurdunda salamlayaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı, Gəncə şəhərində dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi şəxsiyyətlər haqqında ətraflı məlumat verib.

Elmar Vəliyev bildirib ki, Gəncə şəhərində bu gün bütün sahələrdə sürətli inkişaf prosesi gedir. Şəhərin tarixi qorunmaqla müasir görkəmə salınır.

Azərbaycana tez-tez gəldiyini qeyd edən Luis Ayala bildirib ki, burada möhdəşəm beynəlxalq tədbirlər təşkil olunur. Sosial Demokratlar Beynəlxalq ailəsini təmsil edən Luis Ayala xüsusi vurğulayıb ki, təşkilatın əsas prinsipi cəmiyyətdə azadlıq, onun hüquqları kimi ideaları müdafiə edir. Luis Ayala vurğulayıb ki, münaqişələrlə bağlı öz tövhələrini verməyə və quruculuq işləri görməyə təşkilat hər zaman hazırdır.

Sonda qonağa hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Görüşdən sonra Sosialist İnternasionalının baş katibi şəhərin gəzməli-görməli yerlərində olub. Əhali ilə həmsöhbət olmaq Luis Ayalada xoş təəssürat yaradıb.

  

Keçidlər