Elmar Vəliyev Meksikanın Azərbaycandakı səfiri cənab Rodrigo Labardinini qəbul edib
Meksikanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfir cənab Rodrigo Labardini Gəncə şəhərinə səfəri çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Elmar Vəliyev qonağa Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib.
İcra başçısı Rodrigo Labardiniyə Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verib. Eyni zamanda Elmar Vəliyev qonağa Gəncə şəhərində dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Cavad xan, Mirzə Şəfi Vazeh kimi şəxsiyyətlər haqqında danışıb.
Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardininin qəbula görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlığını bildirib. Bir neçə məqsədi olduğunu vurğulayan Rodrigo Labardininin Macarıstanda kənd təsərrüfatı sahəsinə daha çox diqqətin ayrıldığını deyib. Elə bu səbəbdən də Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti ilə yaxından tanış olmağı qərara alıb.
Gəncə şəhərinə səfəri çərçivəsində səfir Rodrigo Labardini Cavad xan küçəsi, Məhsəti Gəncəvi Mərkəzi, Park-Bulvar Kompleksi, Avropa Gənclər Paytaxtı parkı, Nizami Gəncəvinin Məqbərəsi və muzeyi, Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi-Abidə Kompleksi, o cümlədən şəhərin sənaye obyektləri ilə tanış olub.
Səfərin ikinci günündə qonaq Göy-göl Milli Parkı ilə də tanış olacaq.