Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Gənc alim və rezidentlərin eimi-praktiki konfransı” keçirilib

29 aprel 2016 | 16:00
“Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24 fevral 2016-cı ildə imzaladığı Sərancamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin Tədbirlər planını təsdiq edib.

 

Həmin plana uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilatçılığı ilə Gəncədə “Gənc alim və rezidentlərin eimi-praktik konfransı” keçirilib.

Konfransda Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nadir Qasımov və onun rəhbərliyi ilə institutun professor-müəllimlərin ibarət böyük nümayəndə heyəti iştirak ediblər.

Konfransda giriş sözlə çıxış edən professor Nadir Qasımov iştirakçıları salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsi inkişaf edir. Nadir Qasımov xüsusi vurğulayıb ki, buna bariz nümunə olaraq ölkədə yeni tikilən və əsaslı təmirdən sonra istifadəyə verilən tibb ocaqlarını göstərmək olar. Professor qeyd edib ki, həmin tibb ocaqları müasir avadanlıqlarla təmin edilməsi də bu diqqətin bariz nümunəsidir.

Sevda Qurbanəliyeva çıxışında bildirib ki, ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı Sərancamın icrasını təmin etmək məqsədi ilə keçirilən “Gənc alim və rezidentlərin elmi-praktiki konfransı” şəhərin səhiyyə işçilərinin biliklərinin artırılmasına öz dəyərli töhvəsini verəcəkdir. İştirakçılara Avropa ölkəsi olmayan Azərbaycanın 4000 illik tarixi olan şəhəri Gəncə haqqında məlumat verərək bildirib ki, Nizami Yurdu 23 noyabr 2013-cü il tarixində 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçilib və bu il silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

Əlikram Məmmədov konfrans iştirakçılarına Gəncə şəhərindəki səhiyyə ocaqları haqqında ətraflı məlumat verib. İdarə rəisi bildirib ki, prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Gəncədə yeni səhiyyə ocaqlarının tikilməsi, əsaslı təmir edilməsi əhaliyə daim rahat şəkildə və peşəkarlıqla xidmət göstərməyə hərtərəfli kömək edir.

Konfransda təbabətin müasir problemlərinə həsr olunmuş məruzələrlə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun həm kafedralarının gənc əməkdaşları, həm də rezidentlər çıxış ediblər.

Sinir xəstəlikləri mütəxəssisi Rahim Əliyev “İnsultların risk amilləri və profilaktikası”, ümumi cərrah Elməddin Axundov “Qarının ön divarı yırtıqlarında sintetik torların tətbiqinin effektliliyi”, mama-ginekoloq İlahə Quliyeva “Ginekologiyada tək port laparoskopik cərrahiyyə və onun perspektivləri”, otorinolarinqoloq Kamil Süleymanov “Səs büküşləri varikozunun müayinə və müalicə prinsipləri”, stomatoloq və üz-çənə cərrahı Rüfət Meybəlizadə “Çənə sümüklərində əməliyyatlardan sonra osteoregenerasiyanın optimallaşdırılması”, mama-ginekoloq Günel Əfəndiyeva “Genital prolaps zamanı optimal müalicənin seçilməsi”, travmatoloq və ortopedik Fərid Məmmədov “Bazu sümyünün distal 1/3 sınıqları zamanı cərrahi müalicə üsulları” mövzusunda məruzə ilə çıxış ediblər.

Konfransda tibb elminin müxtəlif sahələrində aparılan elmi-tədqiqat işlərinin nəticələri, müasir standartlar və s. bu kimi məsələlər ətrafında əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edəcək fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan Dövlət Həkimlər Təkmilləşdirmə İnstitutunun aparıcı mütəxəssislərinin müəllifləri olduğu kitablar konfrans iştirakçılarına təqdim edilib.

   

 

Keçidlər