Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib

28 aprel 2016 | 16:00

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93–cü ildönümünə həsr olunmuş elmi-praktiki konfransda Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov, “Gəncənin Səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova və səhiyyə işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından bəhs edən sənədli filmə baxıblar.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva konfransı giriş sözü ilə açaraq bildirib ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, dünyanın ən böyük Azərbaycanlısının, dünya azərbaycanlılarının lideri, türk dünyasının qüdrətli siyasətçisi, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Görkəmli alim, sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqı dəyərləri varlığında təcəssüm etdirən Zərifə xanım Əliyeva bütün dünyada qadınlığa örnəkdir.

Sevda Qurbanəliyeva çıxışının sonunda bildirib ki, Zərifə xanım Əliyevanın adı ölkəmizin hər yerində əbədiləşsə də, ən böyük heykəli və müqəddəs abidəni o, özü ucaldıb. Onun adı insan sevgisi, xalq məhəbbətidir.

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədov «Denitalogiya elmi və Zərifə xanım Əliyeva», şəhər oftolmoloji xəstəxanasının baş həkimi, cərrah-oftolmoloq Azər Məmmədov «Akademik Zərifə Əliyeva Milli oftolmologiyanın banisidir». Oftolomoloji xəstəxananın cərrah-oftolmoloqu Tələt Nəbiyev «Akademik Zərifə Əliyeva və müasir gənclik» və həkim Ruhiyə Məmmədova «Akademik Zərifə Əliyeva dahilərin gözü ilə» mövzusunda məruzə ilə çıxış ediblər.

Digər çıxış edənlər həkimlər Roza Qafarova və Xalidə Sadıqova müdrik şəxsiyyət, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, əsl azərbaycanlı xanım, görkəmli ictimai xadim Zərifə xanım Əliyevanın hər bir azərbaycanlının qəlbində daim yaşadığını bildiriblər.

Tədbir səhiyyə işçılərinin maraqlı diskussiyaları ilə davam edib.

    

Keçidlər