“Gəncə Avropa Gənclər paytaxtı 2016” layihəsinin rəsmi açılış tədbirləri çərçivəsində Avropa Gənclər paytaxtları şəbəkəsinin görüşü də keçirildi.
“Gəncə Avropa Gənclər paytaxtı 2016” layihəsinin rəsmi açılış tədbirləri çərçivəsində Avropa Gənclər paytaxtları şəbəkəsinin görüşü də keçirildi. Görüşün moderatoru Avropa Gənclər paytaxtları şəbəkəsinin baş katibi Andras Farkas Gəncənin 2016-cı il üçün Avropanın Gənclər paytaxtı seçilməsi ilə bağlı keçirilən tədbirlərin bütün iştirakçılar üçün faydalı və maraqlı olduğunu bildirdi, təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğuladı. “Gəncə Avropa Gənclər paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev Gəncənin bu ada layiq görülməsindən fəxr etdiyini bildirdi, layihə çərçivəsində görülən və nəzərdə tutulan işlərə toxundu. 2016-ci il ərzində bununla bağlı bir sıra tədbirlərin keçiriləcəyini vurğulayan Elmir Vəliyev Gəncənin Avropanın Gənclər paytaxtı adına layiq görülməsində ölkəmizin beynəlxalq nüfuzunun rolunu qeyd etdi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi regionların inkişafı və Gənclər siyasəti barədə məlumat verdi. Digər şəhərlərin nümayəndələri də tədbirlərin yüksək səviyyədə keçirildiyini vurğuladılar, bu cür toplantılarınn əhəmiyyyətindən danışdılar, Gəncədə onlara göstərilən qonaqpərvərlikdən məmnunluqla bəhs etdilər. Görüşdə Avropa Gənclər paytaxtları şəbəkəsinin gələcək fəaliyyət planı müzakirə olundu, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparıldı.
Sonda xatirə hədiyyələri təqdim edildi.