Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə çayında növbəti sel

25 may 2016 | 16:00

25 may 2016-cı il tarixində saat 05:21 radələrində Gəncə çayın mənbəyinə yağan güclü yağış nəticəsində fərdi yaşayış evlərinə sel suları axaraq xeyli ziyan dəyib. Ümumilikdə çayın yaxınlığında inşa edilən 20 fərdi yaşayış evinə sel suları dolmuş, onlardan 10 fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür.

 

Dərhal Gəncə Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri hadisə yerinə gələrək təcili və təxirəsalınmaz tədbirlər görüblər. Tədbirlər nəticəsində yaşayış evlərinin ətrafı sel sularından təmizlənib.

Hal-hazırda yaşanılması mümkün olmayan evlərdən vətəndaşların köçürülməsi planlaşdırılır.

 

 

Keçidlər