Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gürcüstanın Gəncədəki Baş Konsulluğu ölkəsinin 'Müstəqillik Günü'nü qeyd edib

27 may 2016 | 16:00

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gürcüstanın Gəncədəki Baş Konsulu Mamuka Balavadze, Türkiyənin Gəncədəki Baş Konsulu Orxan İşıq, millət vəkilləri, rəsmi şəxslər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə ilk öncə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

 

Gürcüstanın Gəncədəki Baş Konsulu  Mamuka Balavadze tədbirdə çıxış edərək ölkəsinin müstəqilliyinin tarixindən danışıb. Baş konsul bildirib ki, Gürcüstan dövlət müstəqilliyini möhkəmləndirir, iqtisadiyyatını inkişaf etdirir. Mamuka Balavadze xüsusi qeyd edib ki, bu proseslərdə Gürcüstanın Azərbaycanla əməkdaşlığının xüsusi rola malikdir. Eyni zamanda Mamuka Balavadze 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar gün münasibətilə Gürcüstan xalqını təbrik edib. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu xatırladan Elmar Vəliyev bildirib ki, xalqların qədim dostluq münasibətləri mövcuddur. Ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr daha da möhkəmlənib. Xüsusilə ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan-Gürcüstan əlaqələri yeni istiqamətdə inkişaf edib. Elmar Vəliyev regional əhəmiyyətli layihələrin həyata keçirilməsinin xalqlarımızın rifahına öz təsirini göstərəcəyini vurğulayıb. 

Sonda qonaqlara Gürcüstanın milli mətbəximizin təamları təqdim edilib. Bununla yanaşı Gürcüstan Respublikasının mədəniyyətini, mətbəxini, şəhərlərini, insanlarının həyat tərzini əks etdirilən videoçarx izlənilib. 

Keçidlər