Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 28 May-Respublika Günü münasibəti ilə elmi-praktik konfrans keçirilib

28 may 2016 | 16:00

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhərdə fəaliyyət göstərən Baş Konsullar, şəhər ziyalıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ADAU-nun baş binasında “Azərbaycan Xalq Cümhuriyyətinin 98-ci ildönümünün tarixi və müasirliyi” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Elmar Vəliyev Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Şəhər rəhbəri qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox şərəfli və mürəkkəb bir yol keçib, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk Respublika olub. Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edilir. Bu tarix ölkəmizdə qeyri-iş günü élan olunub.

Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illəri də çətin keçib. Həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın Azərbaycan üçün böyük təhlükə olduğu, yalnız 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığı, Respublikada sabitliyin yarandığı, inkişaf dövrünün başlandığı, dövlətçiliyin əsaslarının formalaşdırıldığı və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İcra başçısı xüsusi vurğulayıb ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız bu gün də inamla irəliləyir, dinamik inkişaf edir, regionda və dünyada lider dövlətə çevrilib. Elmar Vəliyev çıxışını Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və dönməzdir” deyimi ilə tamamlayıb.

Daha sonra Azərbaycan Texnologiya Universitetinin Fəlsəfə və Tarix kafedrasının baş müəllimi Şahmar Həsənov “Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində yeri və rolu”, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Samirə Qasımova “Müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, Gəncə Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının baş müəllimi Eldar Musa oğlu Mehdiyev “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü” mövzuları ilə çıxış ediblər.

 

Keçidlər