Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Multikulturalizm ili çərçivəsində milli və dini icmaların həmrəylik nümayişi” adlı tədbir keçirilib

28 may 2016 | 16:00

Tədbir Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və nəzdində yaradılan Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası ilə birlikdə təşkil edilib. Avropa Gənclər Paytaxtı seçilən Gəncədə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirə koordinasiya şurasının türk, tatar, polşa, rus, kazak, yəhudi, yunan və müsəlman, katolik, pavaslav, yəhudi dini icmalarının nümayəndələri qatılıb.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Xələf bildirib ki, Gəncədə müxtəlif milli və dini icmaların nümayəndələri yaşayır. Bir araya gələrək həmrəylik göstərməyimizin əsas səbəbi isə Azərbaycan əsgərlərinin mərdliyi ilə nəticələnən 4 günlük müharibənin Azərbaycanda yaşayan milli və dini icmalar tərəfindəndə arazılıqlarla qarşılanmasıdır. Onların AGAT-a olan müraciəti nəticəsində bərabər bəyanat hazırlanıb. Bəyanətin əsası Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir, işğalçı erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını tələb edir.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Samirə Həsənova bildirib ki, Azərbaycan dünyada multikultural dəyərlər ixrac edən ölkə kimi tanınır. Ölkəmizdəki tolerant və multikultural dəyərlər etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanların birləşməsinə səbəb olub. Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir.

Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev isə çıxışında bildirib ki, bu cür tədbirlərin keçirilməsi dövlətimizin, xalqımızın multikultural dəyərlərə verdiyi qiymətin göstəricisidir. Ölkəmizdə mövcud olan multikultural dəyərlərin düzgün təbliğatına böyük ehtiyac var. Azərbaycançılıq ideologiyası ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yaranıb. Əsası Ümummilli Lider tərəfindən qoyulan bu ideologiya sayəsində bütün dünya Azərbaycanı tanıyır.

Tədbirə qatılan türk, tatar, polşa, rus, kazak, yəhudi, yunan, müsəlman, katolik, provaslav, yəhudi dini icmalarının nümayəndələri isə çıxışlarında diqqətə çatdırıblar ki, multikulturalizm bu və ya digər şəkildə üzləşdiyimiz terrorun, müharibənin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir. Hər bir millət rahat, sülh şəraitində yaşamaq istəyir. Multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Prezident İlham Əliyevin "Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib" fikri mahiyyət etibarilə bütün mətləblərə aydınlıq gətirir.

Tədbirdə vurğulanıb ki, görüşün nəticəsi olaraq Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri və dini icmaları tərəfindən işğal siyasətini pisləyən, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həll olunmasına çağıran bəyanat hazırlanaraq beynəlxalq təşkilatlara və xarici mətbuata çatdırılacaq.

Keçidlər