Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Hərbi Hissədə Bayram Şənliyi

22 mart 2013 | 16:00

Gəncədəki “N” saylı hərbi hissədə keçirilən Novruz Şənliyi əsgərlərə bir dünya sevinc bəxş etdi. Onlarla bayramlaşmağa şəhər rəhbərliyi , musiqi kollektivləri gəlmişdilər.
Azərbaycanın möhtəşəm himni səsləndikdən sonra vətən yolunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik  sükutla yad edildi.

Təntənəli mərasimi giriş sözü ilə açan Polkovnik Münasib Babayev sözü Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevə verdi. İcra Başçısı əsgərləri salamladıqdan sonra, onları Novruz bayramı münasibəti ilə təbrik etdi. Vətənin sipəri əsgərlərə uğurlar arzuladı. E.Vəliyev Azərbaycanın iqtisadi cəhətdən çox güclü dövlət kimi qüdrətli orduya malik olduğunu vurğulayaraq dedi: “Bölgənin lider dövlətinə çevrilən Azərbaycan möhtərəm, cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində sürətli inkişafına görə yüksək beynəlxalq nüfuza malikdir. Azərbaycan artıq dünya siyasi düzəmində çəkisi olan dövlətlərlə bir sıradadır. Bu gün Azərbaycana inam və etimad böyükdür. Təsadüfi deyil ki, ən mötəbər tədbirlərə ev sahibliyi edən Azərbaycan bir-birinin ardınca uğurlara imza atır və sübut edir ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün ən yaxşı ünvandır. Qüdrətli orduya malik Azərbaycanın orduya ayırdığı vəsait işğalçı dövlətin ümumi büdcəsindən dəfələrlə çoxdur. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər sübut edir ki, ordumuz güclüdür, qüdrətlidir və istənilən anda zəfər çalmağa qadirdir”

İcra Başçısının çıxışından sonra xidmətdə fərqlənən əsgərlərin bir qrupuna hədiyyələr təqdim edildi.

Mərasimdə çıxış edən Kapitan İ.Mehtiyev və Polkovnik-leytenant İ.Məmmədov şəxsi heyət adından əsgərləri təbrik etdilər və fərqlənənlərə Fəxri Fərmanlar təqdim olundu.

Filarmoniyanın musiqi kollektivinin çıxışı bayram mərasiminə bir təravət qatdı. 

Keçidlər