Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Üzv Dövlətlərin Azərbaycanda fəaliyyət göstərən Səfirlikləri ilə birlikdə Gəncə şəhərinə səfər ediblər

13 iyun 2016 | 16:00

İşgüzar səfərin məqsədi Gəncə -2016 Avropa Gənclər Paytaxtı olan Gəncə şəhərində Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlığın 25 illiyini qeyd etməkdir. Tədbir Gəncə şəhər İcra Hakimiyyəti, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunub.

 

Səfər çərçivəsində Avropa İttifaqına Üzv Dövlətlərin Azərbaycanda fəaliyyət göstərən səfirləri və səfirlikləri təmsil edən şəxslər Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər. İcra Hakimiyyətinin başçısı qonaqları qədim Gəncə şəhərində görməkdən məmnun olduğunu bildirib. Elmar Vəliyev Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olan Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı haqda qonaqlara ətraflı məlumat verib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Gəncə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi dahi şəxsiyyətlərin vətəndir. Şəhərəd üşü universitete, dörd kollec, 4 peşə məktəbi fəaliyyət göstərir. Əhalisinin sayı 500 min nəfərə yaxın olan Gəncədə Det-Al Alüminium, Gəncə Avtomobil Zavodu, Cihazqayırma İstehsalat Birliyi, Şərab zavodu və digər müəssisələr fəaliyyət göstərir.

Avropa İttifaqının səfiri Malena Mard qonaqpərvərliyə görə şəhər rəhbərinə təşəkkür edib. Bildirib ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Üzv Dövlətlərin Azərbaycanda fəaliyyət göstərən Səfirlikləri ilə birlikdə Aİ ilə Azərbaycan arasında Tərəfdaşlığın 25 illiyini qeyd edir. Avropa kəndi tədbiri Gəncənin 2016-–cı il üçün Avropa Gənclər Paytaxtı seçildiyinə görə məhz bu şəhərdə keçirilir.

Almaniya Səfiri Volker Berresheim isə Prezident İlham Əliyevin bu ölkəyə səfərini iki ölkə arasında əməkdaşlığın, tərəfdaşlığın qarantı hesab edib. Bildirib ki, Azərbaycanın qərb bölgəsində vaxtilə alanların yaşaması da bu ölkəylə sıx bağlılığı göstərir.

Xorvatiya səfirliyinin Müvəqqəti İşlər Vəkili Refik Şabanoviç xatırladıb ki, Gəncəyə bu onun üçüncü səfəridir və səfərləri işgüzar xarakterli olub. Azərbaycan Xorvatiya əlaqələri düzgün müstəvidə inkişaf edir.

Avstriya Səfirliyi Missiyanın Rəhbər Müavini Ute Friessner qonaqpərvərliyə görə şəhər rəhbərinə minnətdarlıq edib. Bu səfərinin imkan və təcrübə baxımından faydalı olacağını vurğulayıb.

Latviya Səfiri Yuris Maklakovs Gəncə artıq bir neçə dəfə olduğunu və bu şəhərin onda xoş təsüratlar yaratdığını bildirib. Ölkəsi ilə Azərbayc arasındakı bağlılığı yüksək qiymətləndirib.

Rumıniya səfiri Daniel Kristian Çiabanu Gəncəyə dəfələrlə səfər etdiyini, bir sıra tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb. Rumınya Azərbaycan əlaqələrinin daha çox iqtisadi sahəni əhatə etdiyini vurğulayıb.

Portuqaliya Səfirliyi Müvəqqəti İşlər Vəkili Maria Joao Lopes Kardoso bildirib ki Azərbaycanda bir ildir fəaliyyət göstərir. Gəncədə üçü gün qalmağı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə təkbətək görüşməyi, bir sıra əməkdaşlıqları müzakirə etməyi düşünür. 
Yunanıstan Səfiri Dimitrios Tsoungas bildirib ki, Soloniki şəhərini təmsil edir. Gəncədə 1 ay öncə olaraq Avropa Gənclər Paytaxtı tədbirlərində iştirak edib. Yunanıstanla Azərbaycan əlaqələri günü-gündən genişlənir.

Macarıstan Səfirliyinin iİkinci katibi Zoltan Timar bildirib ki, ilk dəfədir Gəncəyə səfər edir. Macarıstan səfiri isə bu ilin fevral ayında Gəncədə olub. Azərbaycan Macarıstan əlaqələri bir sıra sahələri əhatə edir.

Çex Respublikası Səfirliyinin üçüncü katibi Yan Yindrix müştərək layihələrin iki ölkə üçün faydalı olduğununa diqqət çəkib. Xoş qarşılanmaya görə təşəkkür edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vurğulayıb ki, ilk dəfədir Gəncədə böyük tərkibdə səfirlərin və səfirlik rəsmlərinin qəbulu keçirilir. İcra başçısı nümayəndə heyətini bu ilin sonunda Gəncə şəhərində keçiriləcək “Şərab Festivalı”na dəvət edib.
Görüşdən sonra nümayəndə heyəti “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olublar. Elmar Vəliyev qonaqlarıb diqqətin çatdırıb ki, parkın inşasına 2015-ci ildə başlanılıb. Ümumi sahəsi 1,8 hektar olan parkın mərkəzində hündürlüyü 5 metr olan “Gəncliyin qanadları” abidəsi ucaldılıb. Bu da parkın dizaynına maraqlı elementlər əlavə edib, bu istirahət guşəsini zövqlü formalarla zənginləşdirib. Gəncənin 2016-cı ildə “Avropanın Gənclər paytaxtı” olması ilə bağlı burada xüsusi kompozisiya da quraşdırılıb. Daha sonra parkda Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlığın 25 illiyi münasibəti ilə simvolik olaraq 25 ədəd “Çinar” ağacları əkilib. Xatirə şəkilləri çəkdirilib.

Daha sonra qonaqların iştirak ilə şəhərin 31 nömrəli körpələr evi uşaq baxçasının açılışı olub. Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vurğulayıb ki, 10 Avropa ölkəsində nümayəndə iştirak edir açılış mərasimində. Körpələr evi uşaq baxçasının əaslı təmir edilərək yenidən istifadəyə verilməsi Prezident İlham Əliyevin Gəncəyə, gəncəlilərə və təhsilə olan qayğısının nəticəsidir.
Avropa İttifaqının səfiri Malena Mard Gəncədə olmaqdan ecaskar hisslər yaşadığını bildirib. Tədbirin Gəncədən başlamanılmasında olduqca düzgün seçim etmişik deyib. Bildirib ki, bu tədbirlərdə iştirak gələcək sıx əməkdaşlığın təməlidir.
Cıxışlardan sonra milli geyimli balacalar rəmzi qırmızı lenti kəsiblər. Qonaqlar və icra başçısı yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, 31 nömrəli körpələr evi-uşaq bağçasının ümumi sahəsi 6230 kvadratmetrdən artıqdır. Bağçanın ərazisi hasarlanıb, yaşıllıq zolağı yaradılıb, uşaqların istirahətini mənalı təşkil etmək üçün yay çardaqları, əyləncə və oyun avadanlığı quraşdırılıb. Bina üçün su anbarı, qazanxana tikilib, istilik sistemi yenilənib. 
Baxçanın ərazisində və daxilində bütün otaqlara mühafizə kameraları quraşdırılıb. Burada qrup, yeməkxana, çamaşırxana, tikiş otağı, yardımçı otaq, musiqi zalı, komputer otağı, yataq və soyunub-geyinmə, şahmat və tibb otaqları, oyun zalı, metodik kabinet təşkil olunub. Baxçada 12 qrupda hazırda 240 yer var. Körpələr evi-uşaq bağçasında hazırda 26 nəfər çalışır.
Açılış mərasimində fidanların yerli və əcnəbi rəqsləri ilə yığıncaq iştirakçılarında xoş ovqat yaradıblar. Balacaların çıxışları alqışlarla qarşılanıb.

Keçidlər