Heydər Əliyev park-kompleksi-Video
Gəncə şəhərində turistlərin və yerli sakinlərin istirahət etdikləri Heydər Əliyev park-kompleksi dünyanın ən iri beş parkından biridir. Ümumi sahəsi 450 hektar olan parkın girişində ziyarətçiləri möhtəşəm Zəfər Tağı qarşılayır. Kompleksdə kafe, əyləncə mərkəzi, istirahət mərkəzləri, velosiped dayanacaqları və yolları, həmçinin müxtəlif uşaq attraksionları fəaliyyət göstərir. Açıq havada qurulmuş amfiteatrda mütamadi konsertlər təşkil edilir. Süni göldə isə balıqların hərəkətini izləyən ziyarətçilər həmdə onları yemləyə bilirlər. Parkın ərazisində nadir ağaclarla yanaşı müxtəlif quş növləri, çöl dovşanı və dələyə də rast gəlmək olur. Parkın ərazisində yerləşən Heydər Əliyev Mərkəzi isə ziyarətçilərin ən sevimli məkanıdır.
Heydər Əliyev park-kompleksi ilə bağlı hazırlanmış video çarxı Sizlərə təqdim edirik.