Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə bu ilin 6 ayında da yüksək göstəricilərə nail olunub

22 iyul 2016 | 16:00

Hesabat yığıncağında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, yarım ildə görülən işlərə nəzər salıb və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Elmar Vəliyev bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun həyata keçirdiyi strategiya və islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti möhkəmlənmiş, onun beynəlxalq aləmdəki nüfuzu daha da artmışdır. Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında bu gün də inkişaf etməkdədir. 
Ölkədə qazanılan uğurlarda Gəncənin də xüsusi yeri olduğunu diqqətə çatdıran Elmar Vəliyev 6 ayda şəhərdə görülən işlərdən bəhs edərkən bildirmişdir ki, yarım ildə ümumdaxili məhsul istehsalı 357,4 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkindən 10,8 faiz, yəni 34,9 milyon manat çoxdur. Ümumdaxili məhsulun istehsalının 74,8 faizi qeyri-dövlət bölməsinin üzərinə düşmüşdür. Nəticədə əhalinin pul gəlirləri 320,3 manatdan 327,3 manata yüksəlmişdir. Hazırda Dövlət Proqramına uyğun olaraq mövcud istehsal sahələrinin inkişaf etdirilməsi, müasir, yeni istehsal sahələrinin yaradılmasının dəstəklənməsi, sənaye zonalarının təşkili işləri davam etdirilməkdədir. 
Hesabat dövrü ərzində şəhər tikinti müəssisələri tərəfindən 17 milyon 801 min manatlıq inşaat işləri görülmüşdür. Bu işlərin 2,8 faizini dövlət, 97,2 faizini isə qeyri-dövlət müəssisələri həyata keçirmişdir. Şəhər əhalisinin böyük razılığına səbəb olmuş “Gəncəçay” park-bulvar kompleksi və kompleksə daxil edilmiş 500-ə yaxın əyani, 20 minə yaxın elektron kitab bazası olan kitabxana istifadəyə verilmişdir. Hazırda Gəncə Dövlət Filarmoniyasında, Atatürk prospektindəki 264 və 266 ünvanında inşa edilən 50 mənzilli beşmərtəbəli yaşayış binasında, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişdiyi yerdə toxuculuq kombinatının yataqxanalarında yaşayanlar üçün 3 ədəd 3 bloklu, doqquzmərtəbəli binada inşaat işləri sürətlə davam etdirilir. Cavad xan küçəsində, Hacıkənd qəsəbəsində hər biri yeddimərtəbəli olan mehmanxanaların tikintisində də işlər sürətləndirilmişdir.
Qeyd edilmişdir ki, şəhərin müxtəlif ərazilərində ümumilikdə küçə və səkilərə 62 min kvadratmetr, küçələrə isə 26 min 848 kvadratmetr asfalt örtüyü salınmış, 11 min 63 paqonnumetr səki daşları düzülmüşdür. Hesabat dövründə Dədə Qorqud, Əhməd Cəmil, Nizami Gəncəvi, Fikrət Əmirov, Ozan və sair küçələrində və Heydər Əliyev prospektində yerləşən 18 ədəd ictimai yaşayış binaları əsaslı şəkildə təmir edilmişdir. 28 May küçəsindəki 6 binanın, Yeni Gəncə yaşayış mssivində iki binanın dam örtüyü dəyişdirilmişdir. Bununla yanaşı şəhərin müxtəlif ərazilərində yeləşən parklarda, yol kənarlarında, yaşıllıq zolaqlarında abadlıq-bərpa işləri görülmüşdür.
Bildirilmişdir ki, şəhərdə sahibkarlığın hərtərəfli dəstəklənməsi, onun inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirilmişdir. Şəhər iş adamları tərəfindən sərmayə qoyuluşu üçün cəlbedici məkana çevrilmişdir. Məhz bunun nəticəsidir ki, son beş ildə özəl və digər sosial obyektlərin yaradılmasına sahibkarlar tərəfindən 732,9 milyon manat vəsait yönəldilmişdir.
Gəncənin su təchizatı və kanalizasiya sisteminin əsaslı şəkildə yenidən qurulması işləri sürətlə davam etdirilmişdir. Əhalinin keyfiyyətli su ilə təmin edilməsi, kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar “Açıq kommunal infrastruktur” layihəsi çərçivəsində Gəncə çayının sağ sahilində su və kanalizasiya xətlərinin çəkilişi işləri davam etdirilmişdir. 
Ötən yarım ildə əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması üçün şəhər səhiyyəsində mühüm işlər həyata keçirilmişdir. Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilmidir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” na uyğun olaraq Bayan küçəsində psixatriya xəstəxanası üçün müasir tələblərə uyğun 2 korpus və yardımçı binaların inşası, eyni zamanda 3 saylı uşaq poliklinikasında əsaslı təmir işləri davam etdirilmişdir.
Hesabat yığıncağında şəhərin təhsil, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən, bu sahələrdə qazanılan uğurlardan da söhbət açılmışdır.Hesabat yığıncağında şəhərdə həyata keçirilən digər infrastruktur layihələrindən də söhbət açılmış, inşasına başlanan və tikintisi uğurla davam etdirilən digər obyektlərdən də söhbət açılmış, qarşıda duran vəzifələr ətraflı müzakirə edilmişdir.

Məruzə ətrafında çıxışlar olmuşdur. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov çıxışında bildiridi ki, hesabt dövründə 27 min 800 yerli və əcnəbi gəncin iştirakı ilə 86 layihə həyata keçirilmişdir. 2016-ci ilin “Avropa Gənclər Paytaxtı” Gəncə şəhərində ilin sonuna kimi daha 200 tədbir təşkil olunacaq. Cari ilin oktyabr ayında “Avropanın Gənclər Festivalı” keçiriləcək. Avropa Gənclər Forumunun baş katibi və böyük tərkibdə qonaqlar festivalda iştirak edəcək.

Elmar Vəliyev görülən işlərin yekunu olaraq Nazirlər Kabinetinin iclasında ölkə başçısının qarşıya qoyduğu tapşırıqların uğurla yerinə yetiriləcəyinə əminlik ifadə etmişdir.

 

Keçidlər