Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər ziyalıları və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib

31 mart 2013 | 16:00

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə ziyalıları və ictimaiyyət nümayəndələri ilə görüş keçirib. Görüşdə Ulu öndər Heydər Əliyevin 90, Məhsəti Gəncəvinin yaradıcılığının isə 900 illik yubileyinə hazırlıq məqsədilə tədbirlər planının ilkin variantı tərtib edilib və təkliflər dəyərləndirilib.
Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə hazırlanan tədbirlər planına görə Gəncədə may ayının 10-da həm sərgi, həm də gül bayramı təşkil olunacaq. Gül bayramında idarə, müəssisə və təşkilatlar hazırladıqları güşələri nümayiş etdirəcəklər. Mədəni kütləvi tədbirlər və dəyirmi masalar təşkil olunacaq. Gəncə Regional Elmi Mərkəzi tərəfindən Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 7 cildlik kitab ictimaiyyətə təqdim ediləcək. Ali və orta təhsil müəssisələrində Heydər Əliyev dərsləri keçiriləcək. Bundan başqa Heydər Əliyev parkında ümumşəhər iməcliyi və yaşıllıq zolaqlarının yenidən 343 təşkilat arasında bölünəcəyi də qərara alınıb. 90 illik yubileylə bağlı idmançılar arasında xatirə turnirləri və şeir müsabiqələrinin təşkili də müsbət qarşılanıb. Fəalların yığıncağında Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi üçün də hazırlanan tədbirlər planı ictimaiyyətə təqdim olunub. Plana əsasən şairənin xalı üzərində portret və miniatürləri hazırlanacaq. Kitabxanalarda sərgilər təşkil ediləcək və Məhsəti Gəncəviyə həsr edilən tamaşalar hazırlanacaq, onun rübailərinə mahnılar bəstələnəcək. Şairənin kitabları xarici dillərdən işçi qrupu tərəfindən tərcümə ediləcək. Yığıncaqda Gəncə şəhər şahmat məktəbinə və bir nömrəli kitabxana filialına Məhsəti Gəncəvinin adının verilməsi təklifi də fəallar tərəfindən bəyənilib.

Yığıncaqda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin yeni rəisi də ictimaiyyətə təqdim edilib. İcra Hakimiyyətinin başçısı toplantı iştirakçılarını şəhərin ictimai siyasi və mədəni həyatında baş verən yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə yaxından iştiraka səsləyib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, 2013-cü il Gəncə şəhəri üçün çox əhəmiyyətli il olacaq.

 

Keçidlər