Gəncədə 200-ə yaxın mağazanın üzü yeni daşlarla dəyişdirilir
02 sentyabr 2016 | 16:00
Şəhərin Nizami Gəncəvi və Şah İsmayıl Xətai prospektlərində 200-ə yaxın mağazanın üzü gülbağ daşı və qırmızı kərpiclə Gəncənin memarlıq üslubuna uyğun olaraq yenilənir. Yeni layihəyə əsasən, bir mərtəbəli mağazalar iki mərtəbəli olacaq.
Mağaza sahiblərinə layihə və sərəncam sənədləri əvvəlcədən heç bir dövlət rüsumu ödənilmədən təqdim olunub.
İş icraçısı Saləddin Abbasov bildirib ki, görülən işlərin tez bir zamanda başa çatdırılması üçün əraziyə tikinti materialları və işçi briqadaları cəlb edilib. S.Abbasov artıq dəmir beton işlərini yekunlaşdırdıqlarını, gülbağı, kərpic vurmağa başlayacaqlarını qeyd edib.