Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

07 sentyabr 2016 | 16:00

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfranda Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına göstərilən qayğıdan və Gəncə təhsilinin naliyyətlərindən bəhs edən video çarx izlənib.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov 2015-2016-cı tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edərək deyib ki, hesabat dvründə şəhər Təhsil İdarəsinin tabeliyində ümumi təhsil həyata keçirən 44 tam orta, 1 ümumi orta və 1 xüsusi məktəb fəaliyyət göstərib. 2015-2016-cı tədris ilində şagirdlərin sayı 37 min 877 nəfər olub. 37.877 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3.828 nəfər müəllim məşğul olub.

Şəhərimizin 35 məktəbində əsaslı təmir işləri aparılıb. Son 4 ildə 24 məktəb (3, 4, 8, 12, 14, 15, 16, 22, 25, 26, 30, 31, 32, 33, 35, 38, 39, 40, 41, 43, 44, 45, Sanatoriya Tipli İnternat Məktəb, Uşaq Yaradıcılıq Mərkəzi), əvvəlki 9 ildə isə 11  (2, 5, 6, 13, 17, 20, 21, 23, 27, 36, 37) məktəb təmir olunub. Ümumilikdə 4 məktəbdə (4, 16, 32, 39) isə yeni korpus tikilib. 4 məktəbdə (1, 14, 41 və 44)  və Sanatoriya tipli internat məktəbində əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

2015/2016-cı tədris ilində şəhərimizin 4, 16, 28, 39 №-li tam orta məktəblərdə, 2016/2017-ci tədris ilində isə 1, 2, 17, 21 №-li tam orta məktəblərdə, 27 və 44 №-li məktəb-liseydə cəmi 210 nəfər şagird cəlb olunmaqla təmayül siniflər təşkil olunub. Ötən dərs ilində məktəblərin XI siniflərini bitirən 2745 nəfər şagirdin hər biri  tam orta təhsil haqqında attestat, IX sinfi bitirən 2961 nəfər şagirdin hər biri ümumi orta təhsil haqqında şəhadətnamə alıb.

Zakir Heseynov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatına nəzər salaraq vurğulayıb ki, 9-cu sinif məzunlarının buraxılış imtahanlarında nəticələri ürəkaçan olub.  11-ci sinif məzunlarından 6 nəfər məzun qızıl, 1 nəfər isə gümüş medala layiq görülüb.

Ali məktəblərə qəbul üzrə ən yüksək göstərici  1, 4, 9, 11, 16, 22, 26, 27, 31, 33, 39, 44 və 46  nömrəli tam orta məktəblər  üzrə qeydə alınıb. Ali məktəblərə qəbul olanların  197 nəfəri 500-dən yuxarı,  71 nəfəri isə 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərib.  Ümumilikdə 18 nəfər 650-dən yuxarı bal toplayıb.

Ən yüksək bal toplayanlar

1. İrzayev Hüseyn Valeh oğlu – 5 №-li tam orta məktəbin məzunu, 687 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquqşünaslıq” fakultəsinə daxil olmuşdur.

2. Bayramova Nisə Ələndər qızı – 8 №-li tam orta məktəbin məzunu, 683 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə daxil olmuşdur.

3. İbrahimov Rafiq Həmzə oğlu – 6 №-li tam orta məktəbin məzunu, 680 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər” fakultəsinə daxil olmuşdur. 

4. Sabirzadə Tural Taleh oğlu – 26 №-li məktəb-liseyin eksperimental pilot sinfinin məzunu, 679 bal toplayaraq Azərbaycan Diplomatiya Akademiyasının Beynəlxalq münasibətlər fakultəsinə daxil olmuşdur.

5. Həsənli Zərifə Talıb qızı – 6 №-li tam orta məktəbin məzunu, 679 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquqşünaslıq” fakultəsinə daxil olmuşdur.

6. Məmmədova Aişə Nəsib qızı – 39 №-li tam orta məktəbin məzunu, 676 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “İqtisadiyyat” fakultəsinə daxil olmuşdur.

7. Yusifli Səlcuq Toğrul oğlu – Futbol Təmayüllü Gimnaziyanın məzunu, 673 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakultəsinə daxil olmuşdur.

8. Quliyev Tapdıq Zahid oğlu –  26 №-li məktəb-liseyin eksperimental pilot sinfinin məzunu, 670 bal toplayaraq Qafqaz Universitetinin Mexanika mühəndisliyi fakultəsinə daxil olmuşdur.

Konfransda 5 №-li tam orta məktəbin məzunu, 687 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquqşünaslıq” fakultəsinə daxil olan Hüseyn İrzayev, Valideyn Lalə İbrahimova, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Gəncə şəhər 21 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi Hüseynova Gülnar Müşviq qızı, Gəncə şəhər Şahmat Məktəbinin müdiri Asif Həsənov çıxış edərək təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq bildiriliblər. Gələcək fəaliyyətlərində təhsilə və cəmiyyətimizin inkişafına öz tövhələrini verəcəklərini bildiriblər.

Təhsil Nazirinin müavini Firuddin Qurbanov təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edib. Onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb. Nazir müavini bildirib ki, Gəncə şəhərinə 1, 5 və 9-cu sinif şagirdləri üçün tam sayda, qalan siniflər üçün isə 35-40 % olmaqla 20 adda 166350 nüsxə dərslik, 20 adda 1482 nüsxə müəllim üçün vəsait bu tədris ilində Təhsil Nazirliyi tərəfindən verilib. Bir sıra digər həlli vacib məsələlərlə bağlı fikirlərini bildirən nazir müavini yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransda çıxış edərək son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Şəhərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışıb. Keçən tədris ilində buraxılan nöqsanların aradan qaldırılması üçün tapşırıq və tövsiyyələrini verib. Qazanılan uğurlara görə pedaqoji kollektivləri təbrik edərək, onlara yeni dərs ilində uğurlar arzulayıb.

Sonra məktəb direktorları və müəllimlər onları maraqlandıran məsələlərdən söz açıb, müvafiq təkliflərlə çıxış etdilər. Təhsil nazirinin müavini Firuddin Qurbanov qeyd olunan məsələlər haqqında fikirlərini bildirərək təhsil işçiləri tərəfindən irəli sürülən bütün uyğun təkliflərin nəzərə alınacağını vurğuladı.

Konfransın sonunda yüksək balla ali məktəblərə daxil olan şagirdlərə və “Ən yaxşı müəllim” , “Ən yaxşı məktəb” müsabiqlərinin qaliblərinə hədiyyələr təqdim olunub.

Keçidlər