Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Elmar Vəliyev 4 nömrəli orta məktəbdə keçirilən tədbirdə və 41 nömrəli orta məktəbin açılışında iştirak edib

15 sentyabr 2016 | 16:00

Yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıb. Bildirib ki, 2016-2017 ci tədris ilində rəhbərlik etdiyi məktəbin birinci sinifinə 315 nəfər qədəm qoyub. 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Bilik Günü” münasibətilə müəllim və şagirdlərə ən xoş arzularını çatdırıb. Vurğulayıb ki, dövlət proqramına uyğun olaraq 2016-ci ilin sonuna kimi Gəncədə daha bir neçə məktəb əsaslı şəkildə qurularaq yenidən istifadəyə veriləcək. Elmar Vəliyev xatırladıb ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan 4 № li tam orta məktəbin maddi-texniki bazası gücləndirilib. Müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Rusyanın Azərbaycandakı səfiri Vladimir Daroxin çıxışında rus dilinin tədrisinə böyük önəm verilən  4 №-li tam orta məktəbdə olmağından məmmunluq hissi keçirdiyini bildirib. Şagirdləri və müəllimləri təbrik edən səfir bu məktəbdə təhsil alan şagirdlərin uğurlarının davamlı olacağına əminlik ifadə edib.

Məktəbin müəllimi, ilin “Ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Yeganə Sadıqova da “Bilik Günü” münasibəti ilə müəllim yoldaşlarını, şagirdləri və valideynləri təbrik edib. Müəllimləri və şagirdləri məktəbin adının yüksəldilməsində, bilikli savadlı məzunların yetişməsinə dəstək olmağa səsləyib. Tədbirdə yerli və əcnəbi musiqilərin sədaları altında şagirdlərin müxtəlif rəqs nömrələrinə tamaşa olunub. Şagirdlərin çıxışları alqışlarla qarşılanıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Rusyanın Azərbaycandakı səfiri Vladimir Daroxin “Bilik Günü”nə həsr edilən tədbirdən sonra məktəbdə yaradılan şəraitlə daha yaxından tanış olublar. Siniflərdə keçirilən dərsləri izləyən şəhər rəhbəri və səfir məktəbdən xoş təssüratlarla ayrılıb.

Daha sonra Səməd Vurğun adına 41№li tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. Açılş mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev, millət vəkilləri, təhsil işçiləri, şagirlər, valideyinlər və şəhər ictimayətinin nümayəndələri iştirak edib. Məktəbin direktoru Vüsalə Məhərrəmova qonaqları salamlayaraq  “Bilik günü” və məktəbin əsaslı təmirindən sonra yenidən açılışı münasibəti ilə yığıncaq iştirakçılarını təbrik edib.

Vüsalə Məhərrəmova bildirib ki, 1966-cı ildə tikilərək istifadəyə verilən, Səməd Vurğun adını daşıyan 400 nəfər şagirdin təhsil aldığı 41 №-li tam orta məktəbdə 35 müəllim çalışır. Məktəb 640 nəfər şagird yerlikdir və 13 tədris kabineti var. Məktəb direktoru xatırladıb ki, məktəbin ümumi sahəsi 3 min 621 kvadratmetr, binasının ümumi sahəsi 1.250 kvadrat metrdir.

Təhsil ocağında informatika və kimya-biologiya laboratoriyaları, internetə qoşulan 2 kompyuter sinifi, 1 tədris emalatxanası, 20 bufetdə oturacaq yeri mövcud olduğunu bildirən Vüsalə Məhərrəmova qeyd edib ki, məktəbdə kitabxana, akt zalı, tibb otağı, su xətti, istilik sistemi, sanitar qovşağı var.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərasimdə çıxış edərək yeni tədris binasının istifadəyə verilməsini əlamətdar hadisə olduğunu vurğulayıb. Elmar Vəliyev bildirib ki, ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev elm və təhsilə daim diqqət və qayğı göstərir. İcra başçısı bunun bariz nümunəsi olaraq əsaslı təmir edildikdən sonra istifadəyə verilən məktəblərdən danışıb. Qeyd edib ki, İ.Qayıbov adına 2140 şagird yerlik 1 №-li tam orta məktəb, M. Müşviq adına 840 şagird yerlik 14 №-li tam orta məktəb, İ. Nəsimi adına 1076 şagird yerlik 44 №-li tam orta məktəb, 250 şagird yerlik Sanatoriya tipli internat məktəbinin əlavə tədris korpusu, o cümlədən peşə məktəbləri və peşə liseylərinin əsaslı təmir işləri də yekunlaşmaq üzrədir.

Eyni zamanda 250 şagird yerlik Sanatoriya tipli internat məktəbinin əlavə tədris korpusu və 280 şagird yerlik 2№-li Peşə məktəbinin yeni binasının tikintidən sonra açılışı planlaşdırılır.

Millət vəkili Naqif Həmzəyev xüsusi vurğulayıb ki, bu məktəbin əsaslı təmirdən sonra istifadəyə verilməsi həm müəllim, həm də şagirdlər üçün qiymətli hədiyyədir.

Millət vəkili Pərvin Kərimzadə “Bilik Günü” münasibəti ilə müəllim və şagirdləri təbrik edib, savadlı və vətənpərvər gənclərin yetişməsində təhsil ocağlarının vacibliyindən danışıb.

Valideyn komitəsinin sədri , 41№li tam orta məktəbin kitabxana müdiri Aysel Qurbanova şagirdləri daha çox oxumağa, gələcəyin elimli bilikli gənclərinə çevilməyə səsləyib.    

Sonra məktəbin binasının rəmzi açılışını bildirən lent kəsilib.

Məktəbdə yaradılan şəraitlə tanış olan Elmar Vəliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşüb və onlara yeni təhsil ilində uğurlar arzu edib.

Keçidlər