Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

31 mart azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi anıldı

01 aprel 2013 | 15:00

Gəncənin başdan-başa yenidən qurulmuş və abadlaşdırılmış Şəhidlər xiyabanına toplaşan şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri 31 mart azərbaycanlıların soyqırımı gününü hüznlə yad etdilər. Əvvəlcə şəhidlərin ruhuna dualar oxundu. Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev 31 mart azərbaycanlıların soyqırımından danışarkən bildirdi ki, tarixin hələ tam açılmamış  səhifələrindən biri olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirirlməlidir.
1918-ci ilin martında Bakıda azərbaycanlı əhaliyə qarşı kütləvi surətdə başlayan soyqırımı siyasəti Bakıətrafı kəndlərdə, Şamaxı, Quba qəzalarında, Lənkəranda, Salyanda, Göyçayda, Ərəşdə, Nuxada, Kürdəmirdə, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Gəncəbasarda, əzəli Azərbaycan torpağı olan indiki Ermənistanda və digər bölgələrdə xüsusi qəddarlıqla davam etdirilmiş, 50 minə yaxın soydaşımız qətlə yetirilmişdir.
Xalqımız öz dövlət müstəqilliyini əldə etdikdən sonra xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndərimiz Heydər Əliyevin imzaladığı fərman tariximiz üzərindən qara pərdəni götürmüşdür. 1948-1953-cü illərdə soydaşlarımızın öz tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında 18 dekabr 1997-ci il tarixli və azərbaycanlıların soyqırımı gününün qeyd edilməsi haqqında 26 mart 1998-ci il fərmanları ermənilərin müxtəlif vaxtlarda, daha doğrusu 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə həyata keçirdikləri etnik təmizləmə və kütləvi deportasiya siyasətinin həqiqi mahiyyətini ifşa etməklə bu tarixi faciələrə hüquqi, siyasi qiymət verilməsini gündəmə gətirmişdir.
İcra başçısı sözünə davam edərək demişdir ki, ulu öndərimiz Heydər Əliyev müdrikliyinə və dünyanın yeni geosiyasi reallığına söykənən möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində torpaqlarımız azad olunacaqdır.
Mərasimdə çıxış edən professorlardan Həsənbala Sadıqov, Nurəddin Məmmədov iri dövlətlərin əlində oyuncaq olan ermənilərin torpaq iddialarının bütün sərhəd ölkələrinə,Türkiyəyə, Gürcüstana da yönəldiyini bildirmişlər. Bu o deməkdir ki, genosid ermənilərin dövlət siyasəti olub, təkcə milli-etnik dini mötivlərə görə deyil, həm də torpaq iddialarına əsaslanır.
Mərasimin sonunda Xatirə abidə kompleksinin önünə, eləcə də Vətən yolunda canlarından keçmiş şəhidlərin məzarı üstünə gül dəstələri qoyuldu.

Keçidlər