Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 25 №-li körpələr evi-uşaq bağçası və 5 №-li poliklinika əsaslı təmirdən sonra istifadəyə verilib

30 sentyabr 2016 | 16:00

Rəmzi qırmızı lent kəsildikdən sonra 25 № li körpələr evi-uşaq bağçası ilə tanışlıq zamanı məlumat verilib ki, uşaq bağçasının təmiri layihəsi Yaponiya dövləti ilə Azərbaycan dövləti arasında dostluq və əməkdaşlıq hədiyyəsi kimi Yapon xalqının qrant yardımı hesabına həyata keçirilib. Layihə üzrə qrant sazişi Yaponiya səfirliyi ilə "Gələcəyə Körpü" GİB arasında 29 yanvar 2016-cı il tarixində imzalanıb. Uşaq tərbiyə müəssisəsi 240 yerlikdir. İki mərtəbəli 2 korpusdan ibarət olan bağçada rəhbərliklə birlikdə 50 nəfər işçi çalışır.

Bina əsaslı şəkildə yenidən qurularaq müasir istilik sistemi ilə təhciz edilib. Korpusların hər biri qrup, yataq, soyunub-geyinmə otağı, sanitar qovşağı, oyun zalı və digər yardımçı otaqlardan ibarətdir. Bağça ilə tanışlıqan sonra fidanların ifasında milli və yapon rəqslərinə tamaşa olunub. Balacaların çıxışları alqışlarla qarşılanıb.

5 №-li Poliklinikanın təmiri layihəsi də Yaponiya dövləti ilə Azərbaycan dövləti arasında dostluq və əməkdaşlıq lahiyyəsi kimi Yapon xalqının qrant yardımı hesabına həyata keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, şəhərin Şıxzamanlı qəsəbəsində əhaliyyə keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədi ilə 5 №-li poliklinika əsaslı şəkildə yenidən qurulub. Tibb ocağı yeni avadanlıqlarla təchiz edilib. Bu gün istifadəyə verilən 5 №-li poliklinika müasir tələblər səviyyəsində təmir olunub.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi vurğulayıb ki, 2000-ci ildən 2016-cı ilə kimi Yaponiya dövləti tərəfindən Gəncə şəhərində 14 layihə həyata keçirilib. Bu layihələr müxtəlif sahələri əhatə edib. Məqsəd insanların həyat şəraitini yaxşılaşdırmaq və onlara dəstək olmaqdır.

Qəsəbə sakini Xeyransa Əsgərova 25 №-li körpələr evi-uşaq bağçasında və 5 №-li poliklinika da yaradılan şəraitə görə şəhər rəhbərinə və səfirə qəsəbə sakinləri adından minnətdarlığını bildirib.

Rəmzi qırmızı lent kəsildikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi və tədbir iştirakçıları tibb ocağında yaradılan şəraitlə tanış olublar.

Tanışlıq zamanı məlumat verilib ki, poliklinikada baş həkimlə birlikdə 65 nəfər çalışır. Gün ərzində 100 nəfər xəstə qəbul etmək imkanı olan poliklinika 23 min 490 nəfər əhaliyə xidmət göstərir. Onlardan 18 min 195 nəfəri böyüklər, 5.295 nəfəri isə uşaqlardır. Poliklinikada bütün sahələr üzrə ixtisaslaşmış həkimlər fəaliyyət göstərir.

Keçidlər