Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan mətbəxtlərinin dadlı yeməkləri nümayiş edilib

30 sentyabr 2016 | 16:00

2016-cı il Avropa Gənclər Paytaxtı olan Gəncədə keçirilən Türk Şurasının Gənclər Festivalı çərçivəsində Azərbaycan, Türkiyə və Özbəkistan mətbəxinin dadlı yeməkləri təqdim olunub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi, Gənclər və İdman Nazirliyinin rəsmiləri də iştirak edib.
Türkiyənin müxtəlif yeməkləri ilə yanaşı "Osmanlı şərbəti", Özbəkistan təmsilçiləri növbənöv çörəkləri və un məmulatları tədbir iştirakçıları tərəfindən bəyənilib.
Hər bir ölkə öz yeməklərini təqdim etdikdən sonra milli musiqi və rəqs nömrələri ilə tədbir iştirakçılarını coşdurublar.
Özbəkistan təmsilçisinin Azərbaycanın dahi bəstəkarı Rəşid Behbudovun "Yalqızam yalqız" mahnısını ifa etməsi isə tədbirə xüsusi rəng qatıb.

Keçidlər