Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

'Avropa Gənclər Festivalı” layihəsi Gəncəçay Park Bulvar Kompleksində hər kəsi heyran edib

03 oktyabr 2016 | 16:00

Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Gənxə Musiqi Kollecinin, Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansanbılı və solistlərinin, Gəncə Dövlət Kamera Orkestrı solistlərinin ifaları, milli rəqs nömrələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb. “Gəncəçay” Park Bulvar Kompleksində tədbir iştirakçıları cizgi filimlərinin qəhrəmanlarının rəqsinə tamaşa edib. Gəncə şəhər uşaq bağçalarının kollektivləri onlar üçün ayrılmış güşədə maraqlı rəqs nömrələri ilə qonaqları salamlayıblar. Qonaqlar təsviri sənət əsərlərindən ibarət sərgi ilə tanış olublar. Xor kollektivlərinin ifaları tədbirə xüsusi rəng qatıb. Qonaqlar tədbirdə Azərbaycan kətəsinin, təndir çörəyinin, mürəbbələrinin, şirniyyatlarının, plovlarının və dolmalarının dadadına baxıblar. Tədbir iştirakçılarına “Gəncəçay” Park Bulvar Kompleksində Gəncənin tarixi, mədəniyyəti, ərazisini, dahi xadimlərini özündə əksetdirən rəsm sərgisi nümayiş edilib. Bununla yanaşı, samavar, çirəliqab, mejmayi, səhənglərdən ibarət əşyaların sərgisi qonaqların diqqətini çəkib.

“Gəncəçay” Park Bulvar Kompleksindən sonra mərasim iştirakçıları əllərində Azərbaycanın üçrəngli bayrağını tutan Gəncə Avropa Gənclər Paytaxtı layihəsinin könüllülərinin müşayəti ilə “Gəncə Avropa Gənclər Paytaxtı- 2016” parkına gəliblər. Parkda Gəncə Musiqi Kollecinin tələbələri fləşmob nümayiş etdirərək, Azərbaycanın qədim alətlərində çalaraq, mahnı ifa ediblər.

Daha sonra parkda ayrılmış xüsusi yerdə xatirə ağacları əkilib.

Festival Qala Qapıları tarix etnoqrafiya muzeyinin qarşısında təmtəraqla davam edib.

Keçidlər