Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər 2 saylı peşə liseyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib

06 oktyabr 2016 | 16:00

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğısından danışıb. Elmar Vəliyev xüsusi qeyd edib ki, əsaslı təmir nəticəsində liseynin binası müasir və günün tələblərinə cavab verən səviyyəyə gətirilib. Liseyin müasir standartlara uyğun təhciz edildiyini qeyd edən icra başçısı məktəb kollektivini təbrik edərək, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev təhsil sahəsində aparılan islahatlardan danışıb. Famil Mustafayev gənclərin peşə liseylərinə maraqlarının artırılmasını, tədrisin keyfiyyətini yüksəldilməsini, peşə liseyinin məzunları ilə işə götürənlər arasında əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.

2 saylı peşə liseyinin müdiri Şahin Məhərrəmov Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə gənclərə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Peşə liseyinin müdiri qeyd edib ki, liseydə “Telekommunikasiyada Komputer texnikasının istismarı üzrə operator”, “Kimyəvi analiz laborantı”, “Mexaniki yığma işləri üzrə çilingər”, “Elektrik maşınlarının təmiri üzrə elektirik çilingəri”, “Geniş profilli dəzgahçı”, “Elektrik-qaz qaynaqçısı”, “Təmirçi-çilingər”, “Avtomıbil üzrə elektrik” və bu ildən tədris olunan “Quru inşaat və suvaq işləri ustası” peşələri üzrə kadrlar hazırlanır.

Şahin Məhərrəmov qeyd edib ki, tədris müəssisəsi 3 korpusdan, 17 sinif otağından, 5 emalatxanadan, 2 laboratoriyadan ibarətdir. Peşə liseyinin müdiri bildirib ki, bu peşələr üzrə 373 şagirdə 17 istehsalat təlimi ustası, 20 nəfər pedaqoji və yardımçı heyət xidmət edir.

Rəmzi olan qırmızı lenti kəsildikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev və mərasim iştirakçıları müasir şəkildə qurulan liseylə yaxından tanış olublar. Liseyin Komputer, Tarix, İnformatika, Fizika kabinetlərində, kitabxana, idman zalı, Tornaçı, Qaynaqçı, Çilingər və Elektrik emalatxanalarında olan Elmar  Vəliyev gənclərə öz tövsiyyələrini verib.

Sonda Elmar Vəliyev peşə liseyinin tikilməsində əməyi olan iş icraçılarına “Fəxri Fərman” və hədiyyə təqdim edib.

Məlumat üçün bildirək ki, 2 saylı peşə liseyinin binası 1977-ci ildə istifadəyə verilib və ötən illər ərzində əsaslı təmir edilməyib.

Keçidlər