Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərinin Şərq Tərəfdaşlığı ölkələrində “Təhsilin İnkişafı və Təkminləşdirilməsi” adlı tədbirdə təqdimatı keçirilib

20 oktyabr 2016 | 16:00

Ukraynanın Lvov şəhərində Şərq Tərəfdaşlığı ölkələrində “Təhsilin İnkişafı və Təkminləşdirilməsi” mövzusunda tədbir keçirilib. Təhsilin inkişafında gənclərin rolunun əhəmiyyətindən danışılan tədbir Almanıyanın Fridrix Ebert Fondunun Kiyev və Tiflis şəhərlərindəki regional ofisləri və CDC (Creative Development Center, Tiflis) tərəfindən təşkil olunub.

Azərbaycanı tədbirdə təmsil edən nümayəndə heyyətinin tərkibində yer alan, Gəncə şəhər İcra Hakimiyyətinin məsul şəxsi, Tural Hacızadə iştirakçılara Gəncə şəhəri haqqında ətraflı məlumat verib. Nizami yurdunun 2016-cı il Avropa Gənclər Paytaxtı olaraq gördüyü işlərdən tədbir iştirakçılarına məlumat verən Tural Hacızadə Gəncə şəhərinin Avropa İttifaqı xaricində və MDB məkanı daxilində bu titulu daşıyan ilk və yeganə şəhər olmasını xüsusi vurğulayıb.

Gəncə gənclərinin daim diqqət mərkəzində olduğunu qeyd edən Gəncə şəhər İcra Hakimiyyətinin məsul şəxsi Gəncənin 2016-ci il Avropa Gənclər Paytaxtı olmasıyla yanaşı 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı seçilməsini də tədbir iştirakçıların diqqətinə çatdırıb.

Tədbir əsnasında iştirakçılar arasında təşkil edilən sərgidə Nizami Gəncəvinin əsərlərindən müxtəlif səhnələri təsvir edən rəsmlər xüsusi diqqət cəlb edib. Bununla yanaşı sərgidə Gəncədə son dövrlərdə təşkil olunan həm yerli, həm də xarici qonaqların təşrif buyurduğu müxtəlif tədbirlər haqqında məlumat verən videoçarxlar nümayiş olunub.

Tədbirin sonunda təşkilatçılar ilə yanaşı iştirakçılarda qısa bir zamanda Nizami yurdunu ziyarət etmək istəklərini ifadə ediblər

 

Keçidlər