Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin icrası davam edir

14 oktyabr 2016 | 16:00

Layihə  Prezident İlham Əliyevin 7 dekabr 2004-cü il tarixində imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd olunan “Azərbaycan xalça sənətinin təbliği“ bəndinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsul vurğulayıb ki, Gəncədən sonra bu layihə Şəmkirdə davam edəcək. Daha sonra Tovuz, Qazax, Ağstafaya səfər planlaşdırılıb. Bundan başqa Gürcüstan Respublikasında  Azərbaycanlıların ən sıx yaşadığı Marneuli rayonunda da layihənin həyata keçirilməsi nəzərdə tutulub.

Fuad Rəsul qeyd edib ki, Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil edilib. Azərbaycan Xalça Muzeyinin əməkdaşları hər şənbə günü mühazirə ilə çıxış edəcək, 1 nəfər xalçaçı-rəssam dərs iştirakçılarına əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucu isə xalçanın toxunması texnikalarını öyrədəcək.

Azərbaycan Xalça Muzeyinin  baş rəssamı, naxışşünas və xalçaşünas Lətif Kərimovun tələbəsi Tariel Bəşirov tədbir iştirakçılarına Azərbaycan xalçaları, naxışlar, ornamentlər və onların mənaları haqda ətraflı məlumat verib.

Xatırladaq ki, Gəncə şəhərindən startı verilən layihə şəhər İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Tədbirdə xalçaçılarla yanaşı rəssamlar və bu sənətə maraq göstərən gənclər də iştirak ediblər.

Keçidlər