Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə gənc alimlərin Beynəlxalq konfransı keçirilir

17 oktyabr 2016 | 16:00

Konfransı giriş sözü ilə GDU-nun Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə açaraq iştirakçıları salamlayıb. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısından danışıb. Gəncədə son 5 ildə olan inkişafı həm Avropa, həm Dünya üçün nümunə olduğunu bildirən Pərvin Kərimzadə konfrans iştirakçılarına uğurlar arzu edib.

Gəncə şəhər İcra Hakimiyyəkinin rəsmisi Kənan Məmmədov bildirib ki, Gəncə şəhər rəhbərliyi ölkədəki inkişafa daim öz töhfəsini verib. Şəhərdə aparılan quruculuq-abadlıq işləri ümumi inkişafın bariz nümunəsidir. Kənan Məmmədov bildirib ki, Gəncənin artıq beynəlxalq qonaqlarla işləməkdə çox gözəl təcrübəsi var. Nizami yurdunda keçirilən bu konfransda da iştirakçıların dünyanın müxtəlif ölkələrini təmsil etmələri olduqca əhəmiyyətlidir.

GDU-nun rektor müşaviri Asif Cavadov bildirib ki, konfransda Azərbaycanla yanaşı Türkiyə. Rusiya, Gürcüstan, Özbəkistan və Tacikistandan ölkələrindən 20-dən artıq gənc alim iştirak edir. Bu konfransın gənc alimlər üçün vacibliyini vurğulayan rektor müşaviri qeyd edib ki, cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində gənclərin elmi yaradıcılığına xususi diqqət göstərilir.

Gürcüstanın nümayəndəsi Georqi Bejitaşvili bildirib ki, artıq illərdir Belavskiy Dövlət Universiteti ilə Gəncə Dövlət Universitetinin əlaqəsi var. Konfrans iştirakçılarına uğurlar arzu edən Georqi Bejitaşvili xüsusi vurğulayıb ki, tədbir nəticəsində ölkələrarası mübadiyə prosesi güclənəcək.

Gürcüstan nümayəndəsi İlya Şkaşvili mətbuata açıqlamasında mütamadi olaraq Gəncədə keçirilən konfranslarda iştirak etdiyini bildirib. Konfranslarda əsaslən elmi sahədə mübadilələrin aparıldığını qeyd edən İlya Şkaşvili vurğulayıb ki, bunun nəticəsində eymin inkişafına yeni töhvələr veriləcək.

AMEA-nın Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin kiçik elmi işçisi Təbəssüm Muxtarova Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə belə konfransların keçirilməsinin əhəmiyyətindən danışıb. Belə konfransların həm elm, həm də təhsilin inkişafına təkan verdiyini qeyd edən Təbəssüm Muxtarova vurğulayıb ki, elmi diskussiyalar inkişafa səbəb olacaq.

Konfrans plenar iclaslarda öz işini davam etdirib.

 

Keçidlər