Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncəli şagirdlər 'Ölkəmizi tanıyaq' layihəsi çərçivəsində cənub bölgələrinə yola düşüblər

14 noyabr 2016 | 16:00

Yolasalma mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, şəhər Təhsil idarəsinin işçiləri, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva keçirilən tur-aksiyasının əhəmiyyətini qeyd edərək, bunun nəinki məktəblilərin tətil günlərinin xoş və mənalı keçirilməsində, habelə onların ayrı-ayrı bölgələr haqqında zəngin məlumatlar almalarında böyük önəm daşıdığını vurğulayıb.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov isə bildirib ki, Ölkə Rəhbəri tərəfindən şagirdlərə göstərilən bu cür diqqət və qayğıdan onlar maksimum bəhrələnməlidirlər.

Ekskursiyaya qatılan şagirdlərdən Surxay Məmmədzadə bildirib ki, layihə çərçivəsində bu onun ilk səfəridir. Qarşıdakı 4 gün ərzində mənalı istirahətlə yanaşı, bölgələr haqqında müəyyən bilgilər də əldə edəcəyini vurğulayan Surxay Məmmədzadə bildirib ki, hər bir sagird kimi bu onun arzusudur. Ölkəmin hər bir bölgəsini qarış-qarış gəzmək istəyən şagird bu imkanı onlara yaratdığına görə ölkə başçısına təşəkkürünü bildirib.

Tur-aksiya çərçivəsində Gəncə məktəbliləri Heydər Əliyev park-kompleksindəki Zəfər tağının qarşısından Lənkərana yola düşüblər. Layihə ərzində Gəncənin 23 məktəbindən olan şagirdlər cənub bölgə ilə əyani tanış olacaqlar, gəzməli-görməli və tarixi yerlərə ekskursiya edəcəklər.

Keçidlər