Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev şəhər sakinlərini qəbul etmişdir

04 aprel 2013 | 15:00

Dövlət strukturlarının, eləcə də hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirirlən qəbulda sakinlər əsasən mənzil problemi, inşaat üçün torpaq sahələrinin ayrılması, su və işlə təminat və sair məsələlərlə bağlı müraciət etmişlər.
Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev şikayətləri diqqətlə dinlədikdən sonra aidiyyəti üzrə idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar vermişdir. Vətəndaşlar tərəfindən qaldırılan bir çox məsələlər isə İcra Başçısı tərəfindən yerindəcə həll edilmişdir. Elmar Vəliyev qeyd etmişdir ki, qaldırılan bütün məsələlər aktualdır və vətəndaşlar tərəfindən  irəli sürülən arzu və təkliflər bundan sonra da öz həllini tapacaqdır.
Qəbulda iştirak edən sakinlər çıxış edərək onlara yaradılan bu şəraitə görə ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər