Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Belarusun Qomel şəhəri ilə əməkdaşlığı genişləndirir

16 noyabr 2016 | 16:00

Rəsmi Belarusun Azərbaycan ilə çoxşaxəli əməkdaşlığın inkişafına xüsusi maraq göstərdiyini bildirən şəhər meri, ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. O, rəhbərlik etdiyi şəhərin Belarusun inkişaf etmiş sənaye və aqrar bölgələrindən biri olduğunu diqqətə çatdıraraq, Qomellə Gəncə arasında iqtisadi, ticari, elmi, mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Həmkarı Elmar Vəliyevin Qomel şəhərinə səfərinin səmərəli fayda verəcəyinə əmin olduğunu deyən Pyotr Kriçenko, bu səfərin qardaşlaşmış hər iki şəhərin maşınqayırma, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye müəssisələri arasında yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcəyini bildirib.

Azərbaycanda bir çox sahələrlə yanaşı, regionların sosial iqtisadi inkişaf strategiyasına xüsusi diqqət ayrıldığını vurğulayan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu istiqamətdə son dövrlər Gəncədə həyata keçirilən mədəni, iqtisadi islahatlar və yenidənqurma işləri haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə qlobal iqtisadi layihələrin həyata keçirildiyini xatırladan Elmar Vəliyev ölkəmizdə qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının inkişaf strategiyasının əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. Bu baxımdan Gəncənin Qomel şəhərinin yeyinti-sənaye müəssisələri, maşınqayırma və kənd təsərrüfatı sektoru ilə müştərək müəssisələr yaratmaqda maraqlı olduğunu nəzərə çatdırıb.

Elmar Vəliyev son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərlərindən sonra ölkələrimiz arasındakı iqtisadi-siyasi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Azərbaycanda əlverişli investisiya mühitindən söz açan icra hakimiyyətinin başçısı Gəncənin qapılarının həmişə belaruslu iş adamlarının üzünə açıq olduğunu bildirib.

Görüş zamanı hər iki ölkənin parlamentləri arasındakı dostluq əlaqələrindən söz açan Milli Məclisin deputatları Xanlar Fətiyev və Naqif Həmzəyev Qomel şəhəri ilə Gəncə arasında yaranan iqtisadi-ticari əlaqələrin səmərəli fayda verəcəyinə əmin olduqlarını söyləyiblər.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qomel şəhərindəki bir sıra süd və süd məhsulları kombinatları ilə tanış olub. Gələcəkdə bu tipli kombinatların Gəncə şəhərində inşa olunması məsələləri ətraflı müzakirə edilib.

Azərbaycan ilə Belarus arasındakı iqtisadi-ticari əlaqələrin inkişafına xüsusi diqqət ayıran Belarusun nüfuzlu televiziya və kütləvi informasiya vasitələrinin nümayəndələri Gəncə şəhərindən gəlmiş nümayəndə heyətinin keçirdiyi görüşləri təmsil olunduqları media qurumlarında geniş işıqlandırıblar.

www.youtube.com/watch?v=VAIGHlMlg8o

 

Keçidlər