Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Aqrar-sənaye kompleksin inşası məqsədilə Memorandum imzalanıb

21 noyabr 2016 | 16:00

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Belarus nümayəndə heyətini qəbul edib.

Şəhər rəhbəri qonaqları salamlayaraq Belarusiyaya ilk səfərindən və qonaqpərvərlikdən məmnun qaldığını bildirib.

Elmar Vəliyev Gəncə şəhərində 6 min hektar sahədə modern aqrar-sənaye kompleksin tikintisinə belaruslu mütəxəssislərin cəlb olunmasını bu sahənin inkişafına təkan verəcəyini bildirib.

Belarusyanın Kənd Təsərrüfatı nazirinin birinci müavini Mariniç Leonid Adamoviç vurğulayıb ki, səfərin əsas məqsədi əməkdaşlığın növbəti mərhələlərini müzakirə etməkdir. Belarusiya Kənd Təsərufatı Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin imzaladığı memaranduma əsasən Gəncədə aqrar-sənaye kompleksi tikiləcək. 6 min hekdar ərazini əhatəedəcək zavodun 2017-ci ildə tikilib təhvil verilməsi nəzərdə tutulub.

Nazirin birinci müavini bildirib ki, layihənin icra ediləcəyi əzaridən torpaq nümunələri götürülərək onun məhsuldarlığı və kimyəvi elementləri yoxlanılacaq. Zavodda iri buynuzlu heyvanlardan alınan süddən yerli əhali və region əhalisi üçün süd və süd məhsulları istehsal olunacaq.

Kompleksin yaradılması ilə bağlı birgə əməkdaşlığa dair görüşün yekununda Memorandum imzalanıb. Memorandumu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Belarusiya Kənd Təsərrüfatı nazirinin birinci müavini Mariniç Leonid Adamoviç imzalayıb.

Sonda qarşlıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Belarusiya Respublikasına işgüzar səfəri çərçivəsində kombinatın tikintisi ilə bağlı razılıq əldə olunub. İcra başçısını və rəhbərlik etdiyi nümayəndə heyətini Belarusun baş nazirinin müavinləri Mixail Rusıy və Vladimir Semaşko qəbul ediblər. Görüş zamanı Gəncə şəhərində aqrar-sənaye kompleksinin inşa olunması üçün birgə işçi qrupu yaradılıb.

 
 
Keçidlər